Siyasət

  • 5 354

Birqit Vetsel: Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin həllində fəal iştirak etməyib

image

Almaniyalı jurnalist, enerji məsələləri, eləcə də Şərqi Avropa, Mərkəzi Asiya və Cənubi Qafqaz regionları üzrə mütəxəssis Birqit Vetsel özünün internet səhifəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalə yerləşdirib.

Məqalədə münaqişənin bir çox iştirakçılarının (Türkiyə, Rusiya, İran, ABŞ, Böyük Britaniya, Çin) və müxtəlif aspektlərinin olduğu qeyd edilir. Vurğulanır ki, məsələ yalnız Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə nəzarəti yenidən əldə keçirməklə bağlı deyil. Burada söhbət, həmçinin işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlardan yüz minlərlə qaçqının və məcburi köçkünün öz yurdlarına qayıtmasından gedir. Bundan əlavə, münaqişə tərəflərinin hərəsinin öz beynəlxalq tərəfdaşları, müttəfiqləri, o cümlədən neft və qaz boru kəmərləri ilə bağlı əməkdaşlıqları var. Bütün bunlara baxmayaraq, dünya ictimaiyyəti 1994-cü ildən bəri davam edən münaqişənin həllində fəal iştirak etməyib.

yap.org.az

Digər xəbərlər