Siyasət

  • 6 054

Möhtəşəm Qələbə

image

Azərbaycan Xalqı, Azərbaycan Ordusu və Cənab Ali Baş Komandan İlham Əliyev son yüzilliklərin ən möhtəşəm qələbəsini qazanmışdır. Lakin bu qələbəyə gedən yol asan başa gəlmədi. Bu qələbə üçün biz 30 il yol qət etdik. 2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin dövlət başçısı kimi qarşısında çox ağır bir problem dururdu. Bu problemi həll etmək üçün çox iş görmək lazım idi. Lakin bütün bunların hamsından əvvəl ona səbr, təmkin, dözüm, iradə qətiyyət və cəsarət lazım idi. İlham Əliyev bu keyfiyyətlərə malik idi. Bu keyfiyyətlər ona birinci növbədə genetik ötürülmüşdür. İkincisi o, uzun illər atası - ümumilli liderimiz Heydər Əliyevdən dərs almışdı. Siyasət dərsi, mübarizə dərsi,idarəetmə dərsi, sərkərdəlik dərsi və daha nələr...

Bəli, İlham Əliyev hakimiyyətdə olduğu 17 il ərzində Qarabağ problemin həllinə doğru hər gün bir addım atdı. Qarabağ probleminin həlli ilə əlaqədar ümumilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş təməl prinsiplərini əsas götürərək Azərbaycanın qəti mövqeyini bəyan etdi: “Azərbaycan ərazisində ikinci erməni dövləti yaradıla bilməz, Azərbaycanın ərazi bütövlüyü müzakirə obyekti ola bilməz. Dağlıq Qarabağ probleminin həllinə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində baxıla bilər. Buna qədər isə işğal olunmuş torpaqlar qeyd-şərtsiz BMT TŞ-nın qətnamələrinə uyğun boşaldılmalı və işğalçı erməni qoşunları ərazidən çıxmalıdır.” Azərbaycan 26 il münaqişənin sülh yolu ilə həll variantına sadiq qaldı. Bu illər ərzində düşmən ölkədə 5 dəfə prezident seçkiləri keçirildi. 4 müxtəlif erməni millətçisi Ermənistana rəhbərlik etdi. Lakin bunların heç biri konstruktiv addım atmadı, atmaq istəmədi. Çünki erməni xisləti, hiyləgərlik, xəyanət, arxadan zərbə, faşist psixologiyası onların hər birinin ümumiləşmiş xüsusiyyətləri idi.
Ümumilli liderimiz Heydər Əliyev deyirdi: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. İlham Əliyev də hər zaman deyirdi: “İqtisadi güc ilk növbədə ona görə lazımdır ki, ölkə daha da qüdrətli olsun, öz maraqların təmin etsin və insanlar daha da yaxşı yaşasın”.
Ulu Öndərimizin müəllifi olduğu Azərbaycanın neft strategiyasını davam və inkişaf etdirilməsi, sənayenin şaxələndirilməsi, müasir sənaye sahələrinin yaradılması Azərbaycanın bu günkü taleyi üçün müstəsna əhəmiyyət kəsb edən, süni peyklərin orbitə buraxılması Qarabağ probleminin həllində nə qədər müstəsna əhəmiyyət kəsb etdiyi indi hər kəsə məlumdur.
Azərbaycan cəmiyyətini qələbəyə kökləmək istiqamətində görülən işlər,ölkənin beynəlxalq nüfuzunun artırılması üçün atılan addımlar, yaxın qonşularla mehriban qonşuluq siyasətinin aparılması, beynəlxalq və regional transimilli layihələr,ölkənin regionun mühüm nəqliyyat və logistik mərkəzə çevrilməsi,bütün bu layihələrdən Ermənistanı təcrid siyasəti, Qarabağ probleminin həlli üçün strateji əhəmiyyət kəsb edirdi.
Ordu quruculuğu hər zaman ölkə prezidenti cənab İlham Əliyevin dövlət siyasətinin bir nömrəli məsələsi olmuşdur. Ölkənin bir nömrəli probleminin həlli üçün Azərbaycan güclü orduya malik olmalı idi və Cənab Ali Baş Komandan bunu da etdi. Bu gün “Azərbaycan ordusu nəinki bölgədə həm hərbi potensialına, həm döyüş qabilyyətinə, həm də təhcizata görə dünya miqyasında güclü ordular sırasındadır” və Cənab İlham Əliyevin bu kəlamlarını Azərbaycan Ordusu döyüş meydanında qazandığı möhtəşəm qələbələrlə sübut edir.
“Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır. Mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm”.-deyən Cənab İlham Əliyev sülh danışıqlarına sadiq qalaraq 17 il bütün kaprizlərə, yalanlara, riyakarlıqlara səbrlə, təmkinlə dözdü. Hətta alçaq, yaramaz Paşinyan bütün Azərbaycanlılar üçün müqəddəs sayılan Şuşada qondarma “prezident”in inaqurasiya mərasimini keçirəndə də, Azərbaycan xalqının milli heysiyyat hissini təhqir edərək Cıdır Düzündə yallı gedəndə də, Şuşanı qondarma respublikanın paytaxtı etmək fikrini açıqlayanda da, hər il 8 mayı Şuşanın işğal gününü, Şuşanın azadlıq günü kimi qeyd edəndə də, danışıqların formatını dəyişdirəndə də, yeni ərazilər işğal etmək xülyası ilə Tovuzda təxribat törədən də səbrlə, təmkinlə dözdü. İtkilər verməmək xatirinə erməni kaprizlərinin sonunu gözlədi. Lakin bu dözümün bir dözümsüzlük həddi də var!
Cənab Prezident İlham Əliyev bu il senytabr ayının 21-də BMT-nin 75 illiyinə həsr olunmuş yüksək səviyyəli iclasında bütün dünya ictimaiyyətinə bir daha bəyan etdi:“Ermənistanın Baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun “Qarabağ Ermənistandır.” bəyənatı danışıqlar prosesinə ciddi zərbədir. Ermənistanın Baş Naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşlardan ibarət könüllülər dəstələrinin yaradılmasını elan etmişdir. Ermənistan müdafiə naziri Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” bəyənatları ilə hədələyir. Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”.-deyərək Ermənistana və ermənipərəstlərə son xəbərdarlığını etdi.
Lakin qulağı kar, gözü kor oldu beynəlxalq ictimaiyyətin. Sentyabr ayının 27-də növbəti erməni təxribatının qarşısını almaq məqsədilə Azərbaycan ordusu bütün cəbhəyə boyu əks hücuma keçdi... İndi isə Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyev tarix yazır. 44 günlük son müharibədəki möhtəşəm qələbə Azərbaycanın hərb tarixinin son 250 ilində ən şanlı səhfədir.Azərbaycan Ordusunun misilsiz rəşadəti və igidliyi nəticəsində 30 il əsarətdə olan Dağlıq Qarabağ və onun ətrafı işğaldan azad edilir. Azərbaycan xalqının şərəf tarixi yazılır. Azərbaycan əsgəri bu tarixi misilsiz şücayəti, rəşadəti, igidliyi ilə,qanı və canı ilə yazır, millətin milli qürur hissini özünə qaytarır.Azərbaycan təkcə Ermənistan və onun havadarları üzərində deyil bütün ermənilik üzərində şanlı qələbə qazanmışdır.
Himnimizin 100 il bundan əvvəl yazılmış mətnində səslənən kimi Azərbaycan əsgəri, Azərbaycan gənci Vətən üçün, bayraq üçün, torpaq üçün can verməyə hazır, qan tökməyə qadir olduğunu qəhrəmanlıqla nümayiş etdirir.
Bu 44 gündə komandanı cənab Ali Baş Komandan İlham Əliyev şəxsən özü verdi, döyüşü özü idarə elədi, qələbə müjdəsini xaqla özü çatdırdı. Prezident, Cənab Ali Baş Komandan İlham Əliyev dünyanın aparıcı dövlət başçıları ilə aprdığı danışıqları və dünyanın aparıcı KİV-lərinə verdiyi müsahibələri ilə nəinki, onu sevənləri, hətta rəqiblərini və opponentlərini, onu sərt tənqid edənləri öz biliyi,informasiyası,analitik təfəkkürü, diplomatik gedişləri və sərkərdəlik bacarığı ilə heyran və mat qoydu. Riyakar, satqın, ikiüzlü, xəyanətkar Ermənistan dövlətinin əsl mahiyyəti cənab İlham Əliyevin verdiyi müsahıbələr nəticəsində hətta onlara rəğbət göstərən dövlətlər tərəfindən anlaşıqlıqla qarşılandı.
Cənab prezident eyni zamanda Azərbaycan Dövlətinin gücünü,qüdrətini,Azərbaycan Xalqının döyüş ruhunu, qələbə əzmini dünyaya təqdim etdi. Ölkəmizdə Azərbaycan tarixinin heç vaxt görmədiyi misilsiz bir xalq-ordu və dövlət birliyi hökm sürməkdədir. Bu birlik qarşısında nəinki Ermənistan, erməni diasporu, hətta onların havadarları olan böyük dövlətlət aciz durumdadırlar, artıq Azərbaycanın şərtləri ilə razılaşmaq məcburiyyətindədirlər. Azərbaycan Vətən Müharibəsində böyük qələbə qazanmışdır. Yəqinki gələcəkdə dilçilərimiz bu qələbənin möhtəşəmliyini tam əks etdirən ifadələr tapacaqdır. Ali Baş Komandan cənab İlham Əliyev və onun Ordusu Azərbaycan xalqı ilə birlikdə möhtəşəm tarix yazır. Bu tarix ”Bir millət, iki dövlət“ olan qardaş Türkiyə ilə,Türkiyə xalqı ilə və Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə, onların mənəvi və siyasi dəstəyi ilə yazılır.
Qələbən mübarək Azərbaycan! Qarabağ Azərabaycandır!

YAP Binəqədi rayon təşkilatının sədri
Ramiz Göyüşov

yap.org.az

Digər xəbərlər