"Bu, tarixi bir səfərdir" MÜNASİBƏT

“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev 16 noyabrda Füzuli və Cəbrayıl rayonlarına səfər edib. Bu səfər zamanı bölgələrdə yaşayan sakinlər cənab Prezident, Ali Baş Komandan İlham Əliyevi xüsusi coşqu və izdihamla qarşılamışlar. Böyük qələbədən sonra işğaldan azad edilmiş bölgələrə ilk səfərini edən cənab Prezident əslində sevinc hisslərini öz xalqı ilə bölüşdürmüş oldu. Hər zaman xalqının dəstəyinə arxalanan cənab Prezident ümumxalq məhəbbbətini qazanıb. Xalqın rəğbəti, məhəbbəti və dəstəyini qazanmaq hər bir ölkə başçısı üçün ən böyük mükafatdır”. Bu fikirləri SİA-ya Milli Məclisin deputatı Rauf Əliyev deyib.R.Əliyev bildirib ki, hər zaman xalqın yanında olan cənab Prezident ənənəsinə sadiq qalaraq yenə xalqın yanında oldu. Bu dəfə ölkə başçısı bütün təhlükələrə rəğmən Füzuli və Cəbrayıl rayonlarına səfər etdi və öz qələbə sevincini xalqla bölüşdü.“Qarabağ Azərbaycandır və nida” sözlərini deyən Prezident İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə həmin nidanı qoymuş oldu. Siyasətdə və cəbhədə, diplomatiyada və hərbi strategiyada düşmən üzərində tam və qəti qələbə qazanmış Prezident İlham Əliyev bu zəfərin müəllifidir. Cənab Prezidentin 16 noyabr səfəri qalib xalqın qəhrəman Ali Baş Komandanının səfəridir. Bu, tarixi bir səfərdir”-deyə, R.Əliyev vurğulayıb.

sia.az