Siyasət

  • 4 510

YAP Qusar rayon təşkilatının yaranmasının 28-ci ildönümü münasibətilə videokonfrans keçirilib

image

YAP Qusar rayon təşkilatının yaranmasının 28-ci ildönümü münasibətilə videokonfrans keçirilib.

Konfransda rayon təşkilatının sədri, YAP Siyası Şuranın üzvü David İbramxəlilov bildirib ki, YAP Qusar rayon təşkilatı 14 fevral 1993-cü ildə yaradılıb. D.İbramxəlilov təşkilatın yaranmasının növbəti ildönümünün möhtəşəm Zəfərdən sonra xoş bir əhval-ruhiyyədə qeyd olunduğunu söyləyib. Natiq, təşkilatın yaranma tarixindən, keçdiyi inkişaf yolundan danışaraq tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib. Qeyd olunub ki, rayon təşkilatın 100 ərazi ilk partiya təşkilatında ümumilikdə 6402 nəfər birləşib. Onların 2870 nəfərini qadınlar, 3086 nəfərini isə gənclər təşkil edir.
Videokonfransda çıxış edən Milli Məclisin deputatı Azər Badamov və YAP İcra Katibliyinin Təşkilatlarla iş şöbəsinin baş məsləhətçisi Rafael Gülməmmədov Yeni Azərbaycan Partiyasının keçdiyi inkişafı yolundan və nailiyyətlərindən bəhs ediblər.
Konfransda çıxış edən dıgər natıqlər də YAP Qusar rayon təşkilatının siyasi fəaliyyətindən, rayonun içtimai-siyasi həyatında mövqeyindən söz açıblar.

yap.org.az

Digər xəbərlər