Siyasət

  • 4 269

"Ermənistan hakimiyyəti və siyasi liderləri ciddi düşünməlidir" DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

image

"Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və qızları Leyla Əliyevanın bölgəyə səfəri, bir sıra yeni yaradılmış müəssisələrin açılışında iştirakı bir çox cəhətdən xüsusi əhəmiyyət daşıyır. Artıq bir neçə dəfədir ki, Prezident özü bölgəyə səfər edərək həyata keçirilən layihələrlə yerində tanış olur, onların icrasına birbaşa nəzarət edir, müvafiq tapşırıq və göstərişlərini verir. Bu, Prezidentin bu məsələni daima diqqətdə saxladığının, məsələyə çox həssas yanaşdığının göstəricisidir". Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib.Onun sözlərinə görə, Prezident səfərində mesaj verdi ki, Azərbaycan tez bir zamanda Qarabağı dirçəldəcək buranı dünyanın ən abad və gözəl bölgələrindən birinə çevirəcək: "Artıq bir sıra mühüm layihələrin icrasına başlanılıb və bu layihələr uğurla icra olunur. Bölgənin çox güclü elektrik enerjisi, su ehtiyatları, heyvandarlıq, kənd təsərüfatı və turizm potensialı var. Azərbaycan burada ağıllı şəhər və kənd layihələrinin həyata keçirilməsini planlaşdırır və bu istiqamətdə Azərbaycan dost ölkələrlə sıx əməkdaşlıq edir. Artıq Türkiyə və İtaliya şirkətləri ilə əməkdaşlığa başlanılıb.Azərbaycan bölgənin potensialından geniş istifadə edəcək və nümunəvi ağıllı şəhər və kənd layihələri həyata keçirəcək. Burada ən müasir texnologiyalardan istifadə ediləcək. Artıq baş planlar da hazırlanır. Müxtəlif dövlətlərlə danışıqlar aparılır. Bu, Azərbaycanın növbəti böyük uğurudur. Su elektrik stansiyasının qısa vaxtda inşası, çinar ağaclarının əkilməsi, balıqların suya buraxılması, əkin prosesinə başlanılması bu fikri bir daha təsdiq edir. Biz yaxın vaxtlarda digər mühüm yeni layihələrə başlanıldığının da şahidi olacağıq.Burada Ermənistana da yeni mesajlar var idi. Əgər revanşist qüvvələr baş qaldırsalar, dəmir yumruğu yenidən görəcəklər. Ona görə Ermənistan hakimiyyəti və siyasi liderləri ciddi düşünməlidirlər. Əgər düşünməsələr, bu, Ermənistana daha baha başa gələcək və itkiləri əvvəlkindən daha çox olacaq".

sia.az

Digər xəbərlər