PDF Oxu

Siyasət

  • 1 170

“YAP VIII qurultayında mühüm proqram və qərarlar qəbul ediləcək” - Aydın Hüseynov

image

Yeni Azərbaycan Partiyasının VIII qurultayı ölkənin ictimai-siyasi həyatında mühüm hadisələrdən biridir. Qurultayda VII qurultaydan sonrakı dövrdə Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bağlı geniş məruzə və çıxışlar dinlənilib.Bu sözləri Milli Məclisin deputatı Aydın Hüseynov SİA-ya açıqlamasında deyib.Deputat bildirib ki, qurultayda xüsusilə Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin proqram xarakterli nitqi diqqət çəkib. Onun sözlərinə görə, dövlət başçısı çıxışında YAP-ın cəmiyyətdəki roluna, Ulu Öndər Heydər Əliyevin ideyalarına söykənən partiyanın bundan sonrakı fəaliyyətinə, həmçinin Azərbaycanın əldə etdiyi nailiyyətlərə və qarşıda duran perspektivlərə ətraflı toxunub.Aydın Hüseynov qeyd edib ki, YAP VIII qurultayında Prezidentin qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsinə xidmət edən mühüm proqram və qərarların qəbul ediləcəyi gözlənilir.Deputat vurğulayıb ki, YAP bundan sonra da Ulu Öndər Heydər Əliyevin ideyalarını və siyasi irsini, eləcə də Prezident İlham Əliyevin qarşıya qoyduğu məqsədləri həyata keçirmək istiqamətində fəaliyyətini davam etdirəcək.

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər