PDF Oxu

Siyasət

  • 1 380

“Bu qurultayı tarixi qurultay hesab etmək olar” - Vüqar Rəhimzadə

image

Yeni Azərbaycan Partiyasının VIII qurultayında ötən beş il ərzində görülmüş işlər və qarşıda duran hədəflərlə bağlı əsas məqsəd və vəzifələr barədə geniş məruzələr dinlənilib.SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı SİA-ya açıqlamasında deyib.Deputat bildirib ki, Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin qurultayda çıxışı gələcək fəaliyyət üçün mühüm mesajlarla yadda qalıb. Onun sözlərinə görə, proqram xarakterli çıxış YAP üzvlərinin gələcək fəaliyyətində, eləcə də Azərbaycan dövlətinin və dövlətçiliyinin inkişafında qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi baxımından mühüm çağırışları özündə ehtiva edib.“Bu qurultayı tarixi qurultay hesab etmək olar. Suverenliyimizin tam bərpa olunduğu dövrdən sonra keçirilən bu qurultay ölkəmizin yeni inkişaf mərhələsinin mühüm siyasi hadisələrindən biridir”, – deyə deputat qeyd edib.Deputat vurğulayıb ki, Yeni Azərbaycan Partiyası həmişə ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvə kimi fəal iştirak edib. Bildirib ki, qurultayda partiyanın ötən dövrdəki fəaliyyətinə qiymət verilib, qarşıda böyük hədəflərin, məqsədlərin və vəzifələrin olduğu diqqətə çatdırılıb.O qeyd edib ki, hər bir partiya üzvü bundan sonra da üzərinə düşən vəzifələri yüksək səviyyədə və layiqincə yerinə yetirməlidir.

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər