Siyasət

  • 3 292

“Tarixi mətbuat konfransında Azərbaycanın qətiyyətli mövqeyi bir daha nümayiş olundu” Təranə Kərimova

image

“Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da xarici kütləvi informasiya vasitələrinin iştirakı ilə 4 saatlıq geniş mətbuat konfransında dünyanın 35-dən çox media orqanının 50-yə qədər suallarına 4 dildə təmkinlə, sərrast və çox əhatəli şəkildə cavabları ilə Ermənistana, ermənilərin havadarlarına mühüm mesajlar verərək Azərbaycan haqqında həqiqətləri dünyaya çadırmaqla, Azərbaycana qarşı dezinformasiya yaymaq istəyənləri yerindəcə tərksilah etdi. Azərbaycan həqiqətləri ilə yanaşı, dünya ictimaiyyətinə həm də olduqca mühüm mesajlar da çatdırıldı. Bütün dünyaya göstərdi ki, Azərbaycanın Ermənistan üzərində qələbəsi ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir”. Bu fikirləri SİA-ya YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri Təranə Kərimova deyib.Təranə Kərimova onu da söyləyib ki, bu mətbuat konfransının keçirilməsinə böyük ehtiyac var idi: "Çünki 44 günlük Vətən müharibəsi bitdikdən sonra müəyyən suallar meydana çıxmışdı. Azərbaycan Prezidenti İlham Əliyev bütün bu suallara aydınlıq gətirdi. Dövlətimizin başçısı bütün suallara, hətta spekulyativ xarakterli suallara belə təmkinlə, nəzakətlə, ətraflı, məntiqli və dəqiq cavablar verərək, Azərbaycana qarşı dezinformasiya yaymaq istəyənləri yerindəcə tərkisilah etdi. Azərbaycan Prezidenti İlham Əliyev cənabları mətbuat konfransında bildirdi ki, bu gün Ermənistanda revanşist qüvvələr hakimiyyətə gələrək əldə edilmiş razılaşmaların üstündən xətt çəkmək istədiyi halda "dəmir yumruq" hər zaman yerindədir. Bir sözlə, Azərbaycan Prezidenti bu mətbuat konfransı ilə informasiya sahəsində də Ermənistanı tam məğlub etmiş oldu".T.Kərimova onu da bildirdi ki, tarixi mətbuat konfransında dövlət başçımız bir sıra məsələlərə də aydınlıq gətirərək, həm işğal zamanı, həm də müharibə dövründə ermənilərin törətdikləri vəhşilikləri, azərbaycanlılara məxsus müqəddəs yerlərin təhqir edilməsini jurnalistlərin diqqətinə çatdırdı və vurğuladı ki, bütün bu faktları onlar öz ölkələrinin mətbuatlarında işıqlandırmalıdırlar.T.Kərimova onu da vurğulayıb ki, keçirilən tarixi mətbuat konfransında Qarabağın heç bir statusunun olmadığını, “Dağlıq Qarabağ” ifadəsini də işlətməməliyik”-mesajı ilə dövlət başçımız Azərbaycanın qətiyyətli mövqeyini bir daha nümayiş etdirdi: "Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Qarabağın heç bir statusunun olmadığını, "Faktiki olaraq bu gün ümumiyyətlə, “Dağlıq Qarabağ” ifadəsini də işlətməməliyik. Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir. Onun bir hissəsində erməni xalqı yaşayır, biz buna etiraz etmirik. Başqa ərazilərimizdə də erməni əhalisi yaşayır və heç bir problem yaşanmır" deməklə dövlət başçımız bir daha “Qarabağ Azərbaycanındır və Azərbaycandır!" deyərək NİDASINI bir dəfəlik qoyulduğunu və ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini işlətməməliyik mesajını verdi: “Azərbaycan bu münaqişənin bir tərəfi idi və biz bu fikri açıq-aydın ifadə edirik ki, Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan bunu həll edib. 30 il davam edən danışıqlar heç bir nəticə verməyib. Minsk qrupunun fəaliyyəti olsa da, sıfıra bərabər olub. Son 2 il ərzində faktiki olaraq Minsk qrupunun həmsədrləri heç özləri də bilmirdilər nə işlə məşğul olsunlar. Çünki Ermənistan baş nazirinin yersiz və təhlükəli bəyanatları onların fəaliyyətlərini də iflic və mənasız edib”.“Ən əsası isə, mətbuat konfransında dünyanın çoxsaylı nüfuzlu media qurumlarının təmsil olunması, Prezidentə ünvanlanan suallar 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana artan maraqdan xəbər verirdi. Bu da onunla əlaqədardır ki, artıq regionda yeni reallıq yaranıb. Bu reallığı Azərbaycan yaradıb. Və bu gün dünyanın aparıcı media qurumları regionda baş verən hadisələrin şərhini məhz Azərbaycan Prezidentindən almağa çalışır”,-deyən T.Kərimova onu da bildirib ki, Vətən müharibəsi dövründə informasiya siyasətinə birbaşa rəhbərlik edən Prezident İlham Əliyev dünyanın 30-dan çox nüfuzlu media qurumuna müsahibələr verdi: “Məhz Prezident İlham Əliyev cənablarının qətiyyətli, əsaslı arqumentlərə söykənən çıxışları sayəsində bütün dünya Azərbaycan xalqının ədalət uğurunda mübarizə apardığının şahidi oldu. Dövlət başçımızın dediyi kimi: “Biz hələ bundan sonra da güclənəcəyik, hərbi və iqtisadi potensialımız artacaq, beləliklə Azərbaycanla revanşist mövqedən çıxış edən tərəflər bilməlidirlər ki, ölkəmizin “dəmir yumruğ”u hər zaman hazır vəziyyətdədir, onların başını bundan sonra da əzəcək. Sadəcə, izləyib nəticə çıxarmaq lazımdır”.

sia.az

Digər xəbərlər