Firdovsi Əliyev: İşğaldan azad olunan torpaqlarımızda ekologiyaya dəymiş ziyanın hesablanması ilə bağlı müvafiq işlər davam etdirilir

“İşğaldan azad olunan torpaqlarımızda ekologiyaya dəymiş ziyanın hesablanması ilə bağlı müvafiq işlər davam etdirilir”. Bu fikri Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.Firdovsi Əliyev bildirib ki, Azərbaycan dövləti ekologiya ilə bağlı 20-yə yaxın konvensiyanın tamhüquqlu üzvüdür.

“Beynəlxalq mütəxəssislər bizimlə birlikdə monitorinqlərdə iştirak edəcəklər. Bu zaman onlar erməni vandallığının şahidi olacaqlar. Bizim Qarabağ bölgəsində yeraltı və yerüstü qiymətli təbii sərvətlərimiz var. Mineral su ehtiyatlarının 40 faizi bu bölgədə formalaşıb. Mənfur düşmən ölkəmizin faydalı yataqlarını da dağıdıblar. Bizim qurub-yaratdığımız evlərimizdə 30 il yaşadılar və getdikdə evləri yandırdılar. Bu illər ərzində 100 min hektar ərazidə yanğınlar törədib, flora və faunamıza böyük ziyan vurublar. Bunlarla bağlı araşdırma aparılır, beynəlxalq qurumlar qarşısında məsələ qaldırılacaq”,-deyə nazir müavini vurğulayıb.

yap.org.az