Siyasət

  • 4 017

Azərbaycan Prezidentinin növbəti siyasi uğuru

image

ABŞ dövlət katibi Entoni Blinkenin Azərbayca Respublikasının Prezidenti İlham Əliyevə 28 aprel 2021-ci il tarixdə telofon zəngi zamanı “Azadlığa Dəstək Aktı” na 907-ci düzəlişin müvəqqəti dayandırıldığını bildirməsi Azərbaycan dövlətinin və onun Prezidentinin dünyada artan nüfuzundan xəbər verir. ABŞ-ın dövlət katibi Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin daha da möhkəmləndirilməsinin önəmini qeyd edərək enerji təhlükəsizliyi, regional təhlükəsizlik sahəsində əməkdaşlığı qeyd edərək Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsinin əhəmiyyətini vurğulamışdır.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan- ABŞ əlaqələrinin zəngin tarixə malik olduğunu qeyd edərək, Cənub Qaz Dəhlizi layihəsinin icrasına verilən dəstəyə görə ABŞ hökumətinə təşəkkür etmişdir.Söhbət zamanı Ermənistan-Azərbaycan müharibəsindən sonrakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılmış, bu məsələ ilə bağlı Azərbaycanın mövqeyi bildirilmiş, ölkəmizin Ermənistan tərəfindən dağıdılan ərazilərində bərpa işlərinə başlandığı qeyd olunmuşdur. Cənab Prezident İlham Əliyev eyni zamanda regionda kommunikasiyaların açılmasının əhəmiyyətini qeyd edərək uzunmüddətli sülhün təmin edilməsi ilə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdırmışdır.Ümumilikdə söhbət zamanı müzakirə olunan məsələlər barədə tərəflərin mövqeyləri, ələlxüsus ABŞ-ın “Azadlığa Dəstək Aktı” na 907-ci düzəlişin müvəqqəti dayandırıldığının bəyan edilməsi ikitərəfli əlaqələrin bundan sonra daha da inkişaf edəcəyindən xəbər verir.

Rauf Əliyev, Milli Məclisin deputatı

sia.az

Digər xəbərlər