Siyasət

  • 3 232

Hacıqabul rayonunda şəhid Səbuhi Əhmədovun məzarı ziyarət edilib

image

YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov və partiya fəalları rayonun Muğan qəsəbəsində Şəhid Əhmədov Səbuhi Ziyafət oğlunun doğum günü münasibəti ilə şəhidin məzarını və ailəsini ziyarət etdilər, şəhid ailəsinin qayğıları ilə maraqlandılar. Şəhidin xatirəsinə hazırlanmış xüsusi hədiyyə atasına təqdim edildi.

Görüşdə YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov rəşadətli Ordumuzun, igid hərbiçilərimizin 44 günlük Vətən Müharibəsində göstərdikləri qəhrəmanlıqlardan danışdı və vətən torpağı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin hər zaman xalqımızın qəlbində əbədi olaraq qalacağını bildirdi. Dövlət tərəfindən şəhid ailələrinə xüsusi diqqət göstərildiyini qeyd edən YAP rayon təşkilatının sədri bildirdi ki, Şəhid ailələrinin, qazilərimizin məişət şəraiti günü-gündən yaxşılaşdırılır, onlara yeni mənzillər verilir, xüsusi təqaüd və müavinətlər ödənilir. Bu işlər biləvasitə Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin tapşırıq və göstərişləri əsasında aparılır.
Şəhid atası Şöhrət Qasımov onlara göstərilən yüksək diqqət və qayğıya görə cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirdi.

yap.org.az

Digər xəbərlər