Siyasət

  • 3 535

Milli xain damğası alınlarının ortasında bərq vurur TƏRS BAXIŞ+FAKT

image

Yaxud, bizə başqa düşmən lazım deyilmiş həqiqəti

İllərdir Avropada Azərbaycanın uğurlarına “xəncərlər saplayan” milli xainlər yığnağı bu gün də öz mənfur satqınçılıq əməllərini açıq-aşkar, düşmənlərlə təmaslara keçməklə davam edirlər. Söz yox ki, bu kimi iyrənc addımların arxasında dayanan yeganə faktor – pula satılmaq gerçəkliyidir. Bəli, belələri hər şeylərini, hətta vicdan və şərəflərini erməni maqnatlarının pullarına, paralarına satan, normal cəmiyyətlərə xas olmayan üsnürlərindədirlər.
Götürək, “şərəfsiz” kəlməsini özünə yaraşdıran, bu ifadədən heç də narahat olmadığını etiraf etmiş Məhəmməd Mirzəlini...
Maraqlıdır ki, istər bütün seçkilər ərəfəsində, eləcə də hazırda, Azərbaycanın Qarabağda qazandığı tarixi qələbəsindən sonra bu ünsürlər nəinki susmurlar, hətta daha çox, özü də düşmənlərimizdən də artıq siyasi hürmələrlə məşğul olurlar. Bunu təkcə bir faktla sübut etmək heç də çətin deyil. Götürək, “şərəfsiz” kəlməsini özünə yaraşdıran, bu ifadədən heç də narahat olmadığını etiraf etmiş Məhəmməd Mirzəlini. Fransada yaşayan və öz xain əməllərini “bloger” adı altında pərdələyən Məhəmməd Mirzəli bu dəfə Ermənistanın “Civil Net” kanalına müsahibə verərək ölkəmiz əleyhinə çıxış edib.Müsahibə zamanı Azərbaycanın sülhün əldə edilməsi və mehriban qonşuluq münasibətlərinin təmin olunmasına qarşı olduğunu, eləcə də ötən müsahibədən sonra xeyli sayda erməninin onu dəstəklədiyini, azərbaycanlılar tərəfindən isə tənqid olunduğunu fəxrlə deyən Mirzəli bu vasitə ilə hələ də erməni ağalarından pul umması siqnalını verib.
Məhəmməd Mirzəli daşnakçılıq ideyalarına xidmət edir
O da əbəs deyil ki, bu ünsür Azərbaycanda insanların ermənilərə qarşı guya nifrət ruhunda tərbiyə edildiklərini, onlara təhsil müəssisələrində düşmənçilik ideyalarının təbliğ olunduğunu iddia edib. Halbuki, bu gün xidmət etdiyi erməni dairələri bu ideyanı daşnakçılıq xislətləri ilə gələcək nəsillərinə təbliğ edirlər.Həmçinin, Məhəmməd Mirzəli Azərbaycan və Türkiyə dövlət başçılarının Şuşa səfərinin guya “reytinq yığmaq” (?!) məqsədi daşıdığını deyib, habelə Ermənistanın baş naziri Nikol Paşinyanı seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edib. Fakt budur ki, Məhəmməd Mirzəli daşnakçılıq ideyalarına xidmət edir. Buna başqa cür ad vermək də mümkün deyil.Göründüyü kimi, hər ifadələrində, hər addımlarında yalnız və yalnız anti-Azərbaycan mövqeyi sərgiləyən bu milli xainlərin insanlığa lazım olan heç bir meyarlara cavab vermədikləri kifayət qədər sübuta yetirilir. Belə desək, bizə artıq düşmən lazım deyil, düşmənlərimiz elə bu kimi bişərəflər yığnaqlarıdırlar. Milli xain damğası onların alınlarında artıq bir neçə illərdir ki, bərq vurur. Bu zaman onların gec, ya da tez məhz Azərbaycan xalqı qarşısında cavab vermə tələbləri artıq tələbə çevrilməyə başlayır.

sia.az

Digər xəbərlər