Siyasət

  • 1 729

Ərdoğanın Rusiyaya səfərinin vaxtı açıqlanıb

image

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərinin vaxtı açıqlanıb. SİA-nın məlumatına görə, bu barədə Türkiyə prezidentinin işlər idarəsindən bildiriblər ki, səfərin sentyabrın 29-da həyata keçirilməsi gözlənilir.

Qeyd olunur ki, R.T.Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşü Soçi şəhərində keçiriləcək. Səfər bir gün davam edəcək.

Ötən gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov R.T.Ərdoğanla V.Putin arasında görüş zamanı ikitərəfli münasibətlərlə yanaşı, regional məsələlərin müzakirə olunacağını bildirmişdi.

Digər xəbərlər