Siyasət

  • 2 420

Goranboy rayonunda Vətən müharibəsi şəhidi Laçın Alıyevin xatirəsi yad edilib

image

Goranboy rayonunda 44 günlük Vətən müharibəsinin şəhidi Laçın Alıyevin xatirəsi yad edilib.

Tədbirdə Milli Məclisin deputatı Anar Məmmədov, YAP Goranboy rayon təşkilatının nümayəndələri, Goranboy rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon ağsaqqalları, ziyalıları, şəhidin döyüş yoldaşları, rayon ictimaiyyəti və şəhidin ailə üzvləri iştirak ediblər.
Şəhid əsgərin məzarı ziyarət edilib, ruhuna dualar oxunub, məzarı önünə güllər qoyulub. Mərasimdə şəhid hərbi qulluqçunun keçdiyi cəsur döyüş yolu barədə danışılıb.
Bildirilib ki, Laçın Alıyev Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə “Vətən uğrunda”, "Cəbrayılın azad olunması uğrunda" və "Füzulinin azad olunması uğrunda" medalları ilə təltif edilib.
Mərasimdə çıxış edən şəhidin yaxınları öz xatirələrini bölüşüblər, ölkə rəhbərliyinə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

yap.org.az

Digər xəbərlər