Siyasət

  • 1 844

Tərtərdə şəhid Qənbər Qənbərlinin il mərasimi keçirilib

image

Tərtər rayonunda Vətən müharibəsi şəhidi Qənbərli Qənbərin il mərasimi keçirilib. Mərasimdə Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədov , hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, kənd sakinləri və din xadimləri iştirak etmişlər.Əvvəlcə şəhidin məzarı ziyarət edilmiş, məzarı üzərinə gül-çiçək dəstələri düzülərək şəhidlərin ruhuna dualar oxunmuşdur. Şəhidin il mərasimində Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində şücaətindən, Qənbər Qənbərlinin həyat və döyüş yolundan danışılmışdır. Bildirilib ki, Qənbərli Qənbər Bəhruz oğlu 1993-cü il sentyabrın 10-da Tərtər rayonunun Kəngərli kəndində anadan olub.Azərbaycan Ordusunun baş leytenantı Qənbər Qənbərli işğal altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə sentyabrın 27-də şəhid olub. Uzun müddət nəşi tapılmayıb.2021-ci il mayın 22-də nəşi tapılaraq Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, "Vətən uğrunda" və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə cansağlığı diləyirik.

Rəfiqə

Digər xəbərlər