Siyasət

  • 2 640

Fəxr edirik ki, Qalib Azərbaycanın vətəndaşıyıq ŞƏRH

image

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Anım Günündə Füzuli rayonuna səfər edərək savaşın ilk günündə azad edilən Qaraxanbəyli kəndində şəhidlərimizin şərəfinə ucaldılan abidə – qaya parçasını ziyarət etməsi həm də simvolik xarakter daşıyırdı. Abidə önündə çıxış edən Prezident Vətən müharibəsi və ondan sonrakı dönəmlə bağlı məlumatları bir daha ictimaiyyətin diqqətinə çatdırdı və vacib mesajlar verdi. Vətən müharibəsində qazanılan Şanlı Qələbəmizi dəyərləndirən Prezident İlham Əliyev qeyd etdi: “Şərəfli missiya bu gün yaşayan nəslin üzərinə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər”.

Prezident İlham Əliyev cənablarının çıxışında hər zamankı kimi Azərbaycana və dünyaya bəyan edilən əminlik mesajı var idi. Bir daha düşmənin baş qaldırmasına, ölkəmizin suverenliyinə hər hansı bir təhdidə imkan verilməyəcəyini inamla vurğulayan Prezident əks halda ölkəmizin gərəkən addımları atacağını bir daha bəyan etdi. 44 günlük Vətən müharibəsindən sonrki dövr ərzində Ermənistanın törətdiyi hərbi təxribatların qarşısı Qalib Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınır. Erməni təcavüzkar birləşmələrinin həyata keçirdiyi təxribatların qarşısını uğurla alan Azərbaycan Ordusu, “Fərrux Zəfəri”, “Qisas” əməliyyatı, 13,14 sentyabr əməliyyatlarını həyata keçirməklə, suverenliyimizi hər zaman qorumaq gücündə olduğunu göstərdi. Ölkəmizin suverenliyinə qarşı təhdid yaratmağa cəhd göstərən düşmənlər unutmasınlar ki, Azərbaycanın “dəmir yumruğ”u yerindədir və hər zaman düşmənin başını əzməyə qadirdir.

Cənab Prezident öz çıxışlarında ərazilərimizin işğaldan azad olunmasında ordumuzun qəhrəmanlığını önə çəkməklə yanaşı, bu bölgələrdə abadlıq-quruculuq işlərinin görülməsini vurğulayır. Bu gün Füzulidə və işğaldan azad edilmiş digər bölgələrdə aparılan geniş quruculuq işləri cənab Prezidentin bu mesajlarının arxasında həm də real iş durduğunu əyani olaraq təsdiqləyir.

Prezident İlham Əliyev müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndərimiz Heydər Əliyevin yolunu uğurla davam etdirərək, Azərbaycanın dinamik inkişafını, dünya birliyinə inteqrasiyasını təmin etdir. Cənab Prezidentin rəhbərliyi altında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdi və xalqımız Şanlı Qələbə qazandı. Qazandığımız möhtəşəm Qələbə Azərbaycanda xalq - dövlət - ordu birliyinin nəticəsidir. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayılan bir ölkədir. Dövlətimiz tərəfindən Qarabağ müharibəsində həlak olmuş qəhrəman övladlarımızın ailələrinə daim xüsusi diqqət göstərilir, bütün lazımi işlər görülür. Qarabağ qazilərinə lazımi dəstək göstərilir, onların məişət problemləri həll olunur. Ölkəmizin günü-gündən artan qüdrəti, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın qarantıdır. Bu gün hər bir azərbaycanlı fəxr edir ki, güclü və müstəqil, Qalib Azərbaycan Respublikasının vətəndaşıdır.

Ayaz Quliyev

YAP Xızı rayon təşkilatının sədri

Digər xəbərlər