Sosial

  • 4 621

31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib

image

Bakı Avrasiya Universitetinin konfras zalında 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, tələbələrlə yanaşı Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İradə Muradova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının əməkdaşı Anar iştirak ediblər.

Tədbir soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət himninin oxunması ilə başlayıb. Sonra 31 mart soyqırımı hadisələrini əks etdirən foto-sərgi nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan universitetin elmi işlər üzrə prorektoru,professor Gular İbrahimova bildirib ki, 20-ci yüzilliyin soyqırımı 1918-ci il mart ayının 31-də erməni daşnaklarının xalqımıza qarşı keçirdiyi əsrin qətliamıdır.

O qeyd etdi ki, ermənilər əvvəlcə 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri birləşərək azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər. Rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür.

Daha sonra çıxış edən Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İradə Muradova, sovet dövründə bu həqiqətlərin əsl mahiyyətinin gizlədilməsindən, yalnız müstəqillik dövründə Ümummilli Lider Heydər Əliyevin 31 mart tarixini “Azərbaycanlıların Soyqırımı günü” elan etməsindən və bununla bağlı müvafiq sərəncam və tədbirlərin görülməsindən sonra soyqırıma hüquqi və siyasi qiymət verildi.

Tədbirin sonunda digər qonaqlar da “Tariximizin qan yaddaşında 31 mart soyqrımı”mövzusunda maraqlı çıxışları ilə yadda qalıb və tələbələrin çoxsaylı sualları cavablandırılıb.

Digər xəbərlər