İranda yerləşən Rusiya səfirliyinin nümayəndələri təxliyə olunublar.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki,səfirliyin 3 əməkdaşı sərhədi keçərək, "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təhlükəsiz şəkildə Azərbaycan ərazisinə daxil olublar.
Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.
Qeydiyyat prosedurlarından sonra onlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.
"Astara" dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi fasiləsiz davam etdirilir və keçidlər müvafiq prosedurlara uyğun olaraq, aidiyyəti qurumların nəzarəti altında həyata keçirilir.
Hər kəs üçün əlçatandır...
Bəzi xərçəng növləri subay xəstələrdə beş dəfə daha çox rast gəlinir...
Köpəkbalıqları 15-16 aylıq hamiləlikdən sonra bir anda orta hesabla 30 bala dünyaya gətirir...