Müntəzəm şəkildə üzgüçülüklə məşğul olmaq sağlam həyat keçirmək deməkdir. Ayaq əzələləri inkişaf edir, arıqlamaq asanlakdən şdırır və kalori yandırmağa kömək edir. Beləliklə, artıq kalorilərdən şikayət zamanı üzgüçülüklə məşğul olmaq onu aradan qaldırmaq xüsusiyyətinə malikdir və orqanizmin normal işləməsini təmin edir. Təbii ki, üzgüçülüyün orqanizmə faydası yalnız bununla məhdudlaşmır.
“Üzgüçülük müxtəlif texnikaları ehtiva etdiyi üçün bədənin müxtəlif yerlərində yarana biləcək sağlamlıq problemlərinin qarşısını alır. Məsələn, qışda üzmək və ya soyuq suda üzmək isti və ya termal hovuzlarda üzməkdən fərqlidir. Eynilə, arxası üstə üzməyin faydaları kəpənək üzgüçülüyündən fərqlənir. Uşaqlar məşq zamanı müxtəlif üsullardan istifadə edəcəyi üçün üzgüçülüyün faydaları bütün bədənə yayılır. Belə ki, böyüklər üçün 1 saat üzgüçülüyün faydaları sonsuzdursa, uşaqlarda müntəzəm üzgüçülük vərdişlərinin inkişaf etdirilməsi də üzgüçülüyün faydalarına yüksək səviyyədə təsir edəcək. Üzməyin əzələlər üçün faydaları sayəsində əzələ inkişafı sağlam şəkildə əldə edilə bilər, üzməyin dəri üçün faydaları sayəsində daha təmiz və problemsiz bir dəriyə sahib ola bilərsiniz, üzgüçülüyün skolioz üçün faydaları sayəsində onurğa sütunu qorunur və disk yırtığı üçün üzmənin faydaları sayəsində həyat rahatlığının mənfi təsirlənməməsi təmin edilir”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, dos. Gülbaba Quliyev bildirib.
G.Quliyev əlavə edib ki, nəticə olaraq üzgüçülüyün uşaqlar üçün faydalarını qısaca belə ümumiləşdirə bilərik:
-Üzgüçülük uşaqlarda bütün əzələlərin işləməsini təmin edir;
-Uşaqları piylənmə və iştahsızlıqdan qoruyaraq sağlam inkişafı dəstəkləyir;
-Uşaqlara fitlik və güc verir;
-Üzgüçülük uşaqları əyləndirməklə yanaşı, onları suda boğulma təhlükəsindən də xilas edir;
-Uşaqlar üzgüçülük zamanı tək hərəkət etdikləri üçün onların müstəqilliyi və özünə inamı artır;
-Üzgüçülüklə məşğul olan uşaqlar müxtəlif hisslər vasitəsilə bədən şüurunu inkişaf etdirirlər.
Afət Tahirqızı