PDF Oxu

Sosial

  • 672

Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir

Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir

YAP Astara rayon təşkilatının, Astara Pedaqoji Kollecinin, Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Astara rayonu üzrə sektorunun, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin və Astara rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “18 Oktyabr- Müstəqilliyin Bərpası Günü” münasibətilə elmi-praktiki konfrans və sərgi keçirilib.
Elmi-praktiki konfransda Astara Pedaqoji Kollecinin müəllim, tələbələri, idarə ,müəssisə rəhbərləri və əməkdaşları iştirak edib.
Konfransda əvvəlcə dahi siyası xadim, görkəmli dövlət rəhbəri Ulu Öndər Heydər Əliyevin və Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, ardınca Dövlət Himni oxunub.
Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova çıxış edərək bildirib ki, Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi.
Astara Pedaqoji Kollecinin direktoru, filologiya elmləri doktoru, professor, şəhid atası Kamran Kazımov geniş məruzəsində deyib:- 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Əldə edilmiş müstəqilliyin, vətəndaş birliyinin, həmrəyliyin, sabitliyin qorunub saxlanılması, Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında rolunun və nüfuzunun möhkəmləndirilməsi məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilir.
Mövzu ətrafında YAP Astara rayon təşkilatının məsul əməkdaşı Elçin Məmmədəliyev, Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Astara rayonu üzrə sektorunun müdiri Rufan Şirinov, Astara Pedaqoji Kollecinin müəllimləri Azad Hüseynzadə, Səbinə Zeynalllı, tələbə Elnarə Heydərova çıxış ediblər .
Daha sonra “18 Oktyabr- Müstəqilliyin Bərpası Günüdür” mövzusunda videoçarx nümayiş olunub.
Yekunda iştirakçılar Mərkəzin Elektron kitabxanasında saxlanılan kitablardan və “Rəssamlıq” dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Elnarə Heydərova,

Astara Pedaqoji Kollecinin tələbəsi

Digər xəbərlər