PDF Oxu

Sosial

  • 1 507

Dolu düşəcək, çaylardan sel keçəcək

Dolu düşəcək, çaylardan sel keçəcək

Oktyabrın 20-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Digər xəbərlər