PDF Oxu

Sosial

  • 536

Qarşıya qoyulan vəzifələr və partiya fəallarının üzərinə düşən məsuliyyət - FOTOLAR

Qarşıya qoyulan vəzifələr və partiya fəallarının üzərinə düşən məsuliyyət - FOTOLAR

Astara rayonunda Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlər geniş şəkildə müzakirə olunur. Rayonun Alaşa kənd ərazi partiya təşkilatında bu məqsədlə keçirilən tədbir də razılıqla qarşılanıb.

YAP Astara rayon təşkilatı tərəfindən təşkil edilən tədbirdə əvvəlcə Azərbaycan xalqının dahi oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin, Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi ehtiramla anılıb.

Tədbirdə YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov geniş nitq söyləyərək Partiyanın VIII Qurultayında qarşıya qoyulan vəzifələr, Prezident İlham Əliyevin çıxışından irəli gələn əsas istiqamətlər, partiya fəaliyyətinin müasir dövrün tələblərinə uyğun qurulması və ideoloji işin gücləndirilməsinin əhəmiyyəti barədə ətraflı danışıb. O, çıxışının davamında Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatındakı rolunu vurğulayaraq partiya üzvlərinin qarşısında duran vəzifələrdən bəhs edib.

Daha sonra müzakirə olunan məsələlərlə bağlı fikirlərini bölüşən Alaşa kənd ərazi partiya təşkilatının sədri Vaqif Ağayev və Alaşa kənd məktəbinin direktoru, ərazi partiya təşkilatı sədrinin müavini İlyas Nəhmətov, həmçinin qarşıda duran vəzifələrin həyata keçirilməsində partiya fəallarının üzərinə düşən məsuliyyəti diqqətə çatdırıblar.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər