PDF Oxu

Sosial

  • 7

Ümumdünya Fəlsəfə Günü ilə bağlı tədbir keçirildi

Ümumdünya Fəlsəfə Günü ilə bağlı tədbir keçirildi
Dünən Milli Elmlər Akademiyasının fəlsəfə, sosiologiya və hüquq institutunda ümumdünya fəlsəfə gününə həsr olunan elmi-nəzəri konfrans keçirildi.
Tədbiri giriş sözü ilə açan institutun direktoru İlham Məmmədzadə yığıncıq iştirakçılarını fərsəfə günü münasibəti ilə təbrik edərək, "FSHİ-nin qarşısında duran əsas vəzifələr" adlı məruzə ilə çıxış etdi. O, qeyd etdi ki, 2002-ci ildən başlayaraq, YUNESKO-nun xətti ilə, ənənəvi olaraq, hər il keçirilən ümumdünya fəlsəfə günü Moskvada qeyd olundu. Azərbaycanı təmsil edən nümayəndə heyəti də həmin tədbirdə iştirak etmiş, alimlərimizin məruzələri böyük maraqla qarşılanmışdır. O cümlədən, fəlsəfə institunun əməkdaşı Aydın Əlizadənin əxlaq və dinlə bağlı çıxışı maraqla böyük maraqla qarşılanaraq zalda canlanma yaratdı.
O, qeyd etdi ki, artıq Azərbaycanda maraqlı bir məqam - Azərbaycan Milli fəlsəfəsi formalaşır. Bu, böyük bir diskussiya şəklini ala bilər. Bu gün, elmi şuraları təşkil etmək, böyük filosofları dəvət edərək, onlar arasında dialoqlar aparılmalıdır. Eyni zamanda, filosoflarımız elmi şuralarda yaxından iştirak etməlidirlər.
Bundan əlavə, dünyada çap edilən jurnalların səhifələrində alimlərimizin məqalələri yer almalıdır. İnstitutun direktoru fəlsəfə sahəsində mövcud problemlərə toxunaraq, bir sıra məsələləri diqqət önünə çəkməklə yanaşı, eyni zamanda, fəlsfə sahəsində əldə edilən nailiyyətlərimizi də qeyd etdi. Bu gün alimlərimiz fəlsəfə konqreslərində iştirak edərək, Azərbaycanı təmsil edirlər. Azərbaycan filosoflarının bir qismi Amerika, Rusiya, Türkiyə alimiləri ilə sıx əlaqədə olmuşlar. O, alimlərimizə türk və Orta Asiya filosaoflarından bəhrələnməyi tövsiyə etdi.
İ.Məmmədzadə öz çıxışında qeyd etdi ki, bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə ölkədə humanitar elmlərlə məşğul olan alim, müəllim, elm və təhsil ocaqlarının rəhbərləri, təhsil naziri, Milli Elmlər Akademiyası prezidentinin iştirakı ilə müşavirə keçirilmişdi. Müşavirədə R.Mehdiyev indiki şəraitdə fəlsəfənin və ümumiyyətlə, ictimai elmlərin aktuallığının artdığını qeyd edərək, bildirmişdir ki, bu salonda əyləşənlər qarşısında daha bir mühüm vəzifənin həlli məsələsi dayanır. O, qeyd edib ki, əsas məqsədimiz ondan ibarətdir ki, yaxın illərdə təhsildə, elmdə və ümumən intellektual sahələrdə ciddi dönüş yaradılmalıdır. Onun çıxışı alimlərimiz tərəfindən böyük rəğbətlə qarşılandı və qarşımızda böyük vəzifələr qoydu.
Tədbirdə akademiyanın müxbir üzvü Səlahəddin Xəlilov "Milli fəlsəfi fikrin aktual problemləri" adlı məruzə ilə çıxış edərək, bildirdi ki, müxtəlif dövlərdə fəlsəfənin böyük nüfuzu olub. Fəlsəfədə ümumbəşəri dəyərlər formalaşıb. S.Xəlilov Azərbaycan fəlsəfəsi ilə dünyəvi fəlsəfəni müqayisəyə çəkdi. O, təkcə ali məktəblərdə deyil, orta məktəblərdə də fəlsəfənin tədris olunmasını məqsədəuyğun hesab etdi. Çünki fəlsəfə insan şürunda məsbət dəyişiklərin formalaşmasına təkan verir. Bu gün fəlsəfənin nə cəmiyyətdə gedən sosial-mədəni modernləşmə prosesində ictimai-humanitar elmlərin böyük əhəmiyyətini vurğuladı.
Fəlsəfə elmləri doktoru Zümrüd Quluzadə "XXI əsrin başlanğıcında Azərbaycan fəlsəfə tarixinin konsepsiyasına dair", fəlsəfə elmləri namizədi Aydın Əlizadə "Müasir dövrdə etika və əxlaq problemləri" adlı məruzələr ətrafında çıxış edərək, müasir fəlsəfənin bir çox konseptual problemləri barədə danışdılar.
Sonra tədbir diskussiya şəklində davam etdirildi. Qeyd edim ki, tədbirdə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış kitablar hədiyyə olundu.

Digər xəbərlər