Qərib Məmmədov
AMEA Prezidentinin aqrar məsələlər üzrə müşaviri
AZƏRBAYCANIN FİRAVAN GƏLƏCƏYİNƏ XİDMƏT EDİR
Azərbaycanın müasir tarixinin mühüm bir dövrü Ümummilli Lider Heydər Əliyevin şərəfli adı və dövlətçilik fəaliyyəti ilə sıx bağlı olmuşdur. Son yarım əsrlik bir dövrdə xalqımızın əldə etdiyi nailiyyətlərdə, respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı uğurlarda Ulu Öndərin imzası vardır. Xoş gələcəyi naminə fədakarlıqla çalışdığı, zəngin tarixi və mənəvi dəyərləri ilə daim fəxr etdiyi millətinin önündə həmişə cəsarətlə addımlayan Ulu Öndər Heydər Əliyev müasir dövlətçiliyimizin banisi və qurucusu kimi yüksək zirvəyə ucalmışdır. Ümummilli Lider hələ sovet hakimiyyəti dövründə respublikamızı bütün sahələrdə keçmiş SSRİ məkanında öncül yerlərdən birinə yüksəltmiş, sosial-iqtisadi və mədəni sahələr üzrə həyata keçirilən tədbirlər və uzaqgörən siyasət nəticəsində qazanılan nailiyyətlər Azərbaycanın dövlət müstəqilliyi dövrü üçün mühüm sosial-iqtisadi və mədəni baza, təməl rolunu oynamışdır.
Ulu Öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra öz təşəbbüskarlığı və işgüzarlığı ilə respublika həyatının bütün sahələrində dirçəlişə nail oldu. Ümummilli Lider özünəməxsus fəhm və məntiqlə elə həmin dövrdə Azərbaycanın gələcəyini görür, respublikanın iqtisadi potensialını gücləndirirdi. 1969-1982-ci illərdə respublikamızda gedən irimiqyaslı tikinti-quruculuq işləri, iqtisadi tərəqqi nəticəsində Azərbaycanın nüfuzu yüksəldi, dünyanın qabaqcıl ölkələri sırasında özünə möhkəm yer tutdu. Ulu öndər Heydər Əliyev respublikamızda dövrün tələblərinə cavab verən yeni çoxsaylı yaşayış massivlərinin, sənaye müəssisələrinin, xidmət və idman komplekslərinin, təhsil və mədəniyyət obyektlərinin inşasına nail oldu. Həmin dövrdə yalnız paytaxtda və iri şəhərlərdə deyil, rayon mərkəzlərində, qəsəbə və kəndlərdə də genişmiqyaslı tikinti-quruculuq işləri aparılırdı.
1970-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə SSRİ Nazirlər Soveti "Azərbaycan SSR-də kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında" qərar qəbul etdi. Bu, həmin zaman üçün təbii ki, çox nadir hadisə idi. Belə əsaslı tədbirlərin həyata keçirilməsi nəticəsində 1971-1975-ci illərdə Azərbaycanda məhsul istehsalının artırılması, əkinçilik və heyvandarlıq mədəniyyətinin yüksəldilməsi sahəsində çox böyük nailiyyətlər qazanıldı. 1976-80-ci illərin yekunları göstərir ki, görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın kənd təsərrüfatı yeni, daha yüksək pilləyə qalxmışdı. Təsadüfi deyil ki, kənd təsərrüfatının inkişaf sürətinə görə, o dövrlərdə Azərbaycan keçmiş sovet respublikaları arasında birincilər sırasına çıxmışdır. Beş il ərzində pambığın məhsuldarlığı 29, tərəvəzin məhsuldarlığı 37, meyvənin məhsuldarlığı 45, taxılın məhsuldarlığı 48, üzümün məhsuldarlığı isə 51 faiz artmışdır.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə "Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında" 9 iyul 1975-ci il tarixli, həmçinin "Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək, habelə irriqasiya-meliorasiya obyektlərinin layihələşdirilməsi və tikilməsi tədbirləri haqqında" qərarlar qəbul edilmişdir. Bu qərarların 1970-80-ci illərdə respublikanın sosial-iqtisadi inkişafının əsas istiqamətlərinin müəyyən edilməsində mühüm əhəmiyyəti olmuş, qarşıya qoyulmuş vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində respublikada irriqasiya-meliorasiya işləri, eləcə də üzümçülükdə çox böyük uğurlar əldə edilmişdir. 1969-80-ci illərdə üzümçülüyün ərazi strukturu xeyli dəyişdirilmiş, yeni üzümçülük rayonları yaradılmışdır. Bu da iqtisadiyyatının möhkəmləndirilməsinə, mövcud əmək ehtiyatlarından daha səmərəli istifadə olunmasına müsbət təsir göstərmişdir. Üzümçülüyün intensiv inkişafı eyni zamanda şərabçılıq sənayesinin inkişafına da təkan vermişdir. Həmin illərdə şərabçılıq sənayesinin istehsal həcmi altı dəfədən çox artmış və respublikadakı bütün sənaye istehsalı həcminin altıda bir hissəsini təşkil etmişdir. Keçmiş postsovet məkanında Azərbaycanda istehsal olunan üzümün miqdarı Moldovanın, Şimali Qafqazın, Ermənistanın, Gürcüstanın, Orta Asiya respublikalarının və Ukraynanın birgə istehsal etdikləri üzümün ümumi həcmindən çox idi. Təsadüfi deyil ki, iqtisadi göstəricilərinə görə, Azərbaycan məhz bu illərdə ardıcıl olaraq 13 dəfə SSRİ Nazirlər Sovetinin keçici Qırmızı Bayrağı ilə təltif edilmişdir.
Keçmiş ittifaq dövlətinin rəhbərliyində yüksək vəzifə tutduğu dövrdə də Ümummilli lider mənsub olduğu xalqın və məmləkətin şərəfini uca tutmaqla bərabər, Azərbaycanın sosial-iqtisadi inkişafı naminə hər cür fədakarlıq göstərmiş, buradakı quruculuq işlərinin davam etməsinə hərtərəfli dəstək vermişdir.Ulu öndər Kremlin siyasətindən, qadağalar çərçivəsindən kənara çıxmaqla bu imperiyanın verdiyi cüzi imkanlardan həssaslıqla istifadə edərək, torpaqdan əldə edilən gəlirlərin əsas hissəsinin kənd adamlarına qaytarılmasına nail olmağa çalışırdı. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan məhv olmaq təhlükəsi qarşısında qalanda yenidən böyük siyasətə qayıdan Ulu Öndər Heydər Əliyev fenomenal istedadını, zəngin dövlətçilik təcrübəsini tarixin xalqımıza bəxşişi olan kövrək istiqlalımızın qorunmasına və möhkəmlənməsinə yönəltdi. "Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir" - söyləyən Ulu Öndər atəşkəs imzaladıqdan və ölkədəki anarxiyaya son qoyduqdan sonra sabitlik yaratmağa müvəffəq oldu. Məhz Heydər Əliyevin uzaqgörən fəaliyyəti nəticəsində yenicə müstəqilliyini əldə etmiş Azərbaycanda dünya təcrübəsindən istifadə edərək milli iqtisadiyyatın inkişafının spesifik cəhətləri, xüsusiyyətləri və milli mentalitetimizə uyğun bütün parametrləri nəzərə alaraq yeni layihələr və dövlət proqramları hazırlanmasına başlanıldı. Ölkəmizdə yeni mülkiyyət münasibətlərinə əsaslanan azad bazar iqtisadiyyatı formalaşdı. Özəlləşmə proqramı, torpaq islahatı, hüquqi dövlət quruculuğu sahəsində islahatlar genişləndi. Həmin islahatların həyata keçirilməsindən danışarkən Ulu öndər deyirdi: "Biz islahatları bir gündə yox, bir ayda yox, bəlkə də bir ildə yox, tədricən həyata keçiririk".Bəli, aqrar-torpaq islahatları birdəfəlik kampaniya deyil. Bu, çox ciddi, həssas bir prosesdir. Nə qədər ki Azərbaycanda müxtəlif mülkiyyət formaları mövcuddur, bu proses davam etməlidir. Ulu öndər böyük uzaqgörənliklə həm də sübut etdi ki, Azərbaycanda aqrar sahənin inkişafı aparılacaq torpaq islahatlarının nəticələrindən asılı olacaq.
"Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 1996-cı ildə qəbul edilməsinə baxmayaraq, bu məsələnin təməli əslində Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik etdiyi dövrdə - 1992-ci ildə Culfa rayonunun Şurut və Gal kəndlərindəki torpaqların kəndlilərə verilməsi ilə qoyulmuşdu. Torpaq-vətəndaş münasibətlərində həyata keçirilən tarixi və inqilabi hadisənin birinci mərhələsinin yekunlarını Ulu öndər olduqca yüksək qiymətləndirərək demişdir: "Biz torpaq islahatının aparılmasında radikal tədbirlərə əl atmışıq. Deməliyəm ki, nəticə idealdır. Özü də bu, hələlik başlanğıcdır". Beləliklə, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ümumxalq müzakirələrindən sonra torpaq islahatı proqramı hazırlandı və həmin proqram əsasında torpaq islahatlarının həyata keçirilməsini təmin edən hüquqi baza yaradıldı. İndi qürurla deyə bilərik ki, ölkəmizdə aparılan torpaq islahatları tarixə "Heydər Əliyev torpaq islahatları" modeli kimi düşdü. Aqrar-torpaq islahatı ulu öndərin şah əsəridir. Çünki məhz müstəqillik qazandıqdan sonra torpaq öz sahibinə verildi və bununla da Azərbaycanda vətəndaşlar torpaq mülkiyyətçisinə çevrildilər.
Ulu Öndərin ölkəmizə bəxş etdiyi aqrar torpaq islahatları həm vətəndaşların, həm də respublikamızın iqtisadi, siyasi həyatında təkzibolunmaz nailiyyətlərə yol açdı ki, məhz bu səbəbdən ölkəmizin siyasi-iqtisadi tarixində "Heydər Əliyevin torpaq islahatları" modeli qızıl hərflərlə öz əksini tapdı. Qəbul edilmiş 150-dən çox qanun, fərman və digər hüquqi normativ aktlar Azərbaycanda torpaq islahatlarını həyata keçirməyə əsaslı zəmin yaratdı. "Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə" Azərbaycan Republikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli Fərmanından sonra islahatların sürətlə həyata keçirilməsinə start verildi. Nəticədə respublikamızda mövcud olmuş 2041 təsərrüfat, yəni kolxoz və sovxozlar ləğv edilərək onların əkinə yararlı münbit torpaqları təxminən 875 min ailəyəverildi. Həmçinin torpaq islahatları nəticəsində torpaq üzərində üç mülkiyyət forması müəyyənləşdi.
Respublikanın kənd təsərrüfatının inkişafında mühüm nailiyyətlər qazanmasına səbəb olan bu islahatlar digər dövlətlərdə həyata keçirilən analoji islahatlardan Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dörd mühüm prinsip fərqləndirirdi:
Birincisi, Azərbaycanda torpaqlar məhz Ümummilli Liderin təşəbbüsü ilə vətəndaşlara pulsuz olaraq əvəzsiz verildi. Nəticədə 3,5 milyona qədər insan torpaq mülkiyyətçisinə çevrildi. Bu isə yeni torpaq-əkinçi münasibətləri formalaşdıraraq torpaqdan səmərəli və məhsuldar istifadəetməni şərtləndirdi, torpağa qayğı və doğma münasibəti zəruri etdi.
İkincisi, torpaqların ən yararlısı və keyfiyyətlisi özəlləşdirildi. Başqa sözlə, MDB məkanının digər ölkələrindən fərqli olaraq Azərbaycanda vətəndaşa yararsız və ya az yararlı torpaqlar deyil, keçmiş kolxoz və sovxozların münbit torpaqları verildi. Eyni zamanda Azərbaycanın fiziki və hüquqi şəxslərinə mülkiyyətlərindəki torpaq sahələri üzərində müstəsna hüquqlar, alqı-satqı, bağışlama, icarəyə və ya istifadəyə vermə, vərəsəlik, girov qoyma və s. kimi hüquqlar verildi ki, bu da ölkəmizdə torpaq islahatlarının keçmiş SSRİ-nin digər respublikalarında olduğu kimi formal deyil, əsaslı zəmində və fundamental şəkildə həyata keçirildiyini sübut etdi.
Üçüncüsü, respublikamızın ərazisində yaşayan bütün vətəndaşlara harada yaşamasından və kimliyindən asılı olmayaraq torpaqlardan istifadə və icarə hüququ verildi, eyni zamanda Azərbaycanın hər bir vətəndaşı torpaq alqı-satqısı prosesində, torpaqla bağlı müxtəlif müqavilə və əqdlərin bağlanmasında iştirak etmək hüququ əldə etdi. Başqa sözlə, qanunla torpaq əmlakçısına çevrilə bilməmiş respublika əhalisi də torpaq-vətəndaş münasibətlərindən kənarlaşdırılmadı. Yəni hər bir Azərbaycan vətəndaşı respublikamızda formalaşan torpaqla bağlı yeni mülkiyyət münasibətlərində birbaşa iştirakçı olma hüququ qazandı.
Dördüncüsü, məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə Azərbaycan vətəndaşı olmayan fiziki və hüquqi şəxslərə torpağa mülkiyyətçilik hüququ verilmədi ki, bu da nəinki mühüm iqtisadi, həmçinin ciddi siyasi əhəmiyyət daşıyırdı.
Məhz ölkənin aqrar-iqtisadi siyasətinin müəllifiHeydər Əliyevin sosial ədalətə söykənən bu prinsipləri əsasında formalaşdırılan və 1993-2003-cü illərdə onun fərman və sərəncamları ilə qanuniləşdirilən, düzgün icra mexanizmləri ilə həyata keçirilən aqrar siyasətin nəticəsi Azərbaycanda aqrar sahənin gündən-günə inkişafına səbəb oldu.
Torpaq islahatları həmişə inkişafda olan dinamik bir prosesdir ki, bu da digər proseslərlə kompleks şəkildə həyata keçirilir. İslahatların birinci mərhələsi kimi torpaqların xüsusi mülkiyyətə verilməsi ilə yanaşı, ölkədə vahid torpaq fondu üzrə dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinin də həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb etdiyindən bu işlərin nizama salınmasının hüquqi əsaslarını tənzimləyən "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" 12 mart 1999-cu ildə Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Bu qanuna və digər qanunvericilik aktlarına uyğun olaraq, "Torpaq-kadastr sənədlərinin aparılması qaydaları", eləcə də "Dövlət torpaq kadastrının aparılması qaydaları haqqında", "Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi haqqında", "Yerquruluşu işlərinin aparılması qaydaları haqqında" əsasnamələr hazırlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun 1999-cu il tarixli qərarı ilə təsdiq edilmişdir. Bunlardan əlavə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq torpaqlardan istifadə edilməsinin hüquqi əsasları, növləri, torpaq mülkiyyətçiləri, istifadəçiləri və kateqoriyaları üzrə bölüşdürülməsi, torpaqların kəmiyyət xarakteristikası, habelə torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi haqqında lazımi məlumat və sənədlər sistemini əks etdirən dövlət torpaq kadastrı yaradılmışdır.
Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsi, idarəçilik təcrübəsi, siyasi elmə gətirdiyi yeniliklər zaman keçdikcə dünya politoloqları, analitik mərkəzləri tərəfindən daha diqqətlə, dərindən öyrəniləcək, müasir siyasi idarəçilikdə geniş tətbiq olunacaq. Onun ideyaları və əməli fəaliyyəti dövlət quruculuğunun, sosial-iqtisadi və mədəni-mənəvi inkişafımızın bütün istiqamətlərində yolumuza işıq salaraq bu gün də, sabah da Azərbaycanı firavan gələcəyə istiqamətləndirəcək.
Ulu Öndər Heydər Əliyev dövlətçilik məktəbinin layiqli davamçısı Prezident İlham Əliyev də Ulu Öndər tərəfindən fundamental formada bünövrəsi qoyulan regionların və aqrar sektorun inkişafına xüsusi diqqət yetirir. Cənab Prezidentin iqtisadi sahədə, o cümlədən aqrar sektorda həyata keçirdiyi islahatlar torpaq münasibətlərində yeni bir mərhələnin – torpaq inzibatçılığının əsasını qoydu. Torpaqlardan, xüsusəndə özəl mülkiyyətdə olan torpaqlardan səmərəli istifadə edilməsi, kənd təsərrüfatına yararlı torpaqların həcminin artırılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində yeni normativ hüquqi aktlar, dövlət proqramları qəbul edildi. Bütün bunlar torpaq münasibətlərinin daha müasir, sivil idarəedilməsinin artıq yeni müstəviyə keçirilməsi demək idi.
Təsadüfü deyil ki, Cənab İlham Əliyev prezidentliyinin ilk ilindən etibarən mü-hüm döv-lət sə---nədləri, o cümlədən ərzaq təh--lükəsizliyi və re-gion-la-rın so-sial-iqtisadi inkişafı haq----qında dövlət proqramları təs--diq olunmuş, bu sahə-də-ki boş-luq-lar aradan qal-dı-rıl-mış---dır. Həyata keçirilmiş dövlət proqramlarında aqrar sahədə çalışan alim və mütəxəssislərin qarşısında bir sıra məsələlər qoyulub. Azərbaycanın elektron torpaq xəritəsinin hazırlanması; torpaqların invertarlaşdırılması; torpaq kadastrının aparılması; torpaqların bonitrovkası; torpaqların iqtisadi cəhətdən qiymətləndirilməsi; torpaqların şoranlaşması, şorakətləşməsi, eroziya uğramasının öyrənilməsi və xəritələşməsi; daşlı-çınqıllı, şərti yararsız torpaqların, bataqlıqların əkin dövriyyəsinə qaytarılması; növbəli əkin sisteminin yaradılması, rekultivasiya məsələləri; melorasiya və irriqasiya sisteminin yenidən qurulması; elektron kənd təsərrüfatı və rayonlaşmış yüksək məhsuldar toxumların seleksiyası bu qəbildən olan məsələlərdir.
Ölkə Prezidenti İlham Əliyev kənd təsərrüfatı sahəsində islahatlara sistemli yanaşmanı təmin etmək məqsədilə 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə "Azərbaycan Respublikasındakənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ni təsdiq edib. Sənəddə respublikanınaqrar sahəsinin inkişafı ilə bağlı 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış əks olunub. Bu da aqrar sahədə orta və uzunmüddətli dövr üzrə strateji inkişaf hədəflərinə çatmaq üçün dövlətin ardıcıl mərhələlərlə icra ediləcək yol xəritəsi olduğunu görsədir.
Yuxarıda qeyd olunanlar bir daha onu göstərir ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən islahatlar Azərbaycanın firavan gələcəyinə xidmət edir.
...siqaret çəkmə nəticəsində hansı xəstəliklər yarana bilər? Tütün tüstüsü tənəffüs yollarına və ağciyər toxumasına zərər verir və xroniki öskürəyə səbəb olur.
285.000 dollar dəyərində olan zirehli canavar avtomobil həvəskarlarını şoka salıb...
Psixoloqlar “tərəfdaşdan ikrah” sindromunu izah edirlər. Həyat yoldaşınıza qarşı qəribə bir ikrah hissi bədəndən münasibətlərdəki gizli problemlər barədə bir siqnal ola bilər...