PDF Oxu

Sosial

  • 6 452

İlahiyyat İnstitutunda seminar: İslam və mənəviyyat

image

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbə elmi cəmiyyətinin təşkilatçılığı ilə filologiya üzrə fəlsəfə doktoru Siracəddin Hacının təqdimatında “İslam və mənəviyyat” mövzusunda seminar təşkil edib. İnstitutdan SİA-ya verilən məlumata görə, Aİİ-nin islamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov ali təhsil müəssisəsində müxtəlif mövzularda ardıcıl təşkil olunan dəyirmi masaların, treninqlərin, seminarların, görüşlərin tələbələri maarifləndirmə məqsədi daşıdığını və böyük maraqla qarşılandığını qeyd edib.O vurğulayıb ki, mənəviyyat dedikdə insanın daxili aləmi nəzərdə tutulur. Gənclər cəmiyyətdə tutduğu mövqedən, peşəsindən, sənətindən asılı olmayaraq, faydalı işlər görməli, öz perspektivləri naminə çalışmalı, Vətənin, millətin mənafeyi üçün xeyirxah addımlar atmalıdırlar.Filologiya üzrə fəlsəfə doktoru Siracəddin Hacı “İslam və mənəviyyat” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi qeyd edib ki, İslam dininin əsas məqsədi yüksək mənəviyyata və əxlaqi keyfiyyətlərə malik insanlar yetişdirməkdir.Ən yüksək mənəvi dəyərləri özündə birləşdirən İslam dini insanların mənən yeniləşməsində və saflaşmasında, cəmiyyətdə əxlaqi meyarların, dostluq və humanizm prinsiplərinin formalaşmasında müstəsna rol oynayır. İslam dini hər bir cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni inkişafı üçün möhkəm zəmin yaradan mənəvi keyfiyyətlər formalaşdırır.Siracəddin Hacı cəmiyyətin milli düşüncə tərzinin formalaşmasında, insanlarımızın yüksək əxlaqi normalar çərçivəsində tərbiyə olunmasında adət-ənənələrimizin xüsusi rol oynadığını da diqqətə çatdırıb.

sia.az

Digər xəbərlər

Müəllimlər, maaşların azlığından, zorakılıqdan şikayət etməyin və...

...sadəcə olaraq,..işdən çıxın! Rusiyalı köşə yazarı Kolesnikov müəllimlərə və təhsil işçilərinə məsləhətlər verib...

Tatarıstan özünün halal laboratoriyasını yaratmağa hazırlaşır

Əvvəllər Tatarıstan istehsalçısının halal olduğu iddia edilən kolbasalarında donuz DNT-sinin tapıldığı bildirilirdi...

ABŞ kosmosda oyun qaydalarını dəyişir

Pentaqon həm müdafiə, həm də hücum imkanlarını inkişaf etdirir...

Ölümdən sonra insanı nə gözləyir?

Rusiyalı keşiş cənnət və cəhənnəm haqqında 5 mifi dağıdır. Cəhənnəm necə qurulub və insanlar niyə cənnətə gedirlər?

Yuxusuzluq ruhi sağlamlıqla necə əlaqəlidir?

Müəyyən hallarda, “Morpheus krallığına düşməyin” mümkünsüzlüyü mütəxəssis qiymətləndirməsini tələb edir...