2021-ci ilin dövlət büdcəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında ikinci oxunuşda qəbul edilib.SİA-nın məlumatına görə, Milli Məclisə təqdim olunan layihədə 2021-ci il icmal büdcəsinin gəlirləri 23828,1 milyon manat proqnozlaşdırılıb ki, bu da 2020-ci illə müqayisədə 1 465,1 milyon manat və yaxud 6,6 % çoxdur.İcmal büdcənin xərcləri 31 163,4 milyon manat olacaq ki, bu da 2020-ci illə müqayisədə 855,1 milyon manat və yaxud 2,8 % çoxdur.2021-ci ilin icmal büdcəsinin kəsiri 7 335,3 milyon manat təşkil etməklə 2020-ci illə müqayisədə 610,1 milyon manat və yaxud 7,7 % azdır. Kəsir proqnozlaşdırılan ÜDM-in 9,7 %-nə bərabər olacaq ki, bu da 2020-ci illə müqayisədə 1,4 faiz-bənd azdır.
sia.az
Subaru Brataroo 9500 Turbo sadəcə tüninq edilmiş avtomobil deyil, həm də mədəni bir fenomenin bir hissəsidir...
Benzin qiymətlərinin artması səbəbindən...
Ədviyyatın uzun müddətli həddindən artıq istifadəsi ciddi sağlamlıq riskləri yaradır...