Cəmiyyət

  • 687

“İranda Türk kimliyi: dünəni və bugünü” probleminin araşdırılması

image

Kitab Dr. Nəzrin Əlizadənin “İranda Türk kimliyi: dünəni vəbugünü” adlı Türkiyədə nəşr olunan kitabı xülasə, giriş, üç fəsil, nəticə və qaynaqlar hissəsindən ibarətdir. SİA xəbər verir ki, ümumi 437 səhifədən ibarət olan kitabın birinci fəsli “Beynəlxalq münasibətlər nəzəriyyəsi çərçivəsində kimlik məsələsi və İranda dövlət konsepsiyası”nı adlanır. Burada fəslin nəzəri hissəsində, beynəlxalq münasibətlərin əsas anlayışlarından olan kimlik fenomeni konseptual baxımdan araşdırılmış və buna paralel olaraq ortaya çıxan fərqli kimlik növləri müzakirə olunmuşdur. Tədqiqat çərçivəsində müzakirə olunan nəzəriyyələrdən ən əhəmiyyətlisi isə konstruktivizm olmuşdur. Birinci fəslin ikinci hissəsini təşkil edən İranda dövlət konsepsiyası isə ənənəvi və müasir dövlət anlayışı əsas götürülərək araşdırılmışdır.

Kitabın “İranda dövlət inşaetmə prosesinin əsas dinamikası” başlıqlı ikinci fəslində tarixi inkişaf və etnik grupların İranda dövlət quruculuğu prosesinə hansı istiqamətdətəsir etdiyi tədqiq edilmişdir. Buna paralel olaraq kitabın bu fəslinin birinci hissəsi daxili və xarici dinamikalar nəzərəalınaraq incələnmişdir. Daxili dinamiklar istiqamətində siyasi faktorlar, din amili və etnik qruplar araşdırılmışdır. Etnik gruplar isə müsəlman və müsəlman olmayan qruplar, Türklər başlığı altında öyrənilmişdir. Xarici dinamikalar hissəsində İranın milli dövlət inşaetmə prosesinə təsir edən regional və qlobal aktyorlara yer verilmişdir. Buna paralel olaraq, regional aktryorlar istiamətində bəzən İranla ortaq dəyərlər və maraqlar ətrafında yer alan və bəzən də tamamilə fərqli maraqları müdafiə edən Türkmənistan, Pakistan, Əfqanıstan, İraq, Türkiyə və Körfəz ölkələri, qlobal kontekstdə isə ABŞ və Avropa İttifaqı araşdırılmışdır.

Bu baxımdan, İranın etnik qruplara yönəlik kimlik siyasətiylə bağlı bir çərçivə yaratmaq üçün kitabın üçüncü hissəsi “İranın Güney Azərbaycan zəminində kimlik siyasəti” başlığı altında müzakirə olunmuşdur. Üçüncü fəslin birinci hissəsində Cənubi Azərbaycan məsələsi kimlik fenomeni kontekstində təhlil edilmiş və bu məsələyi ortaya çıxaran tarixi proses araşdırılmışdır. Daha sonra Cənubi azərbaycanlılartərəfindən başladılan müstəqillik hərəkatları, yaradılan siyasi təşkilatlar, İran rejimi tərəfindən tətbiq edələn assimilasiya strategiyası və onun ortaya çıxardığı nəticələr istiqamətində Azərbaycan türkçəsinin “azəri dili” kimi mənimsədilməsi, Urmu gölünün planlı şəkildə qurudulması prosesi öyrənilmişdir. Eyni zamanda bu hadisələr haqqında bir arxa plan yaradıldıqdan sonra İranın Cənubi Azərbaycan baxışında tətbiq etməyə çalışdığı Azərbaycan siyasəti, Xəzər dənizinin hüquqi statusuproblemi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi çərçəvəsində qiymətləndirilmişdir.

Milli dövlət quruculuğu prosesində kimlik fenomeni və buna paralel olaraq ortaya çıxan Cənubi Azərbaycan məsələsi, İranda müxtəlif hökumətlər dövründə həmişə diqqət mərkəzində olmuş və bu məsələyə yönəlik məhdudlaşdırıcı strategiyalar hazırlanmışdır. İranın bu məsələ çərçivəsində bu cür mövqe tutmasının və Cənubi Azərbaycan məsələsindən narahat olmasının əsas səbəbi isə "Azərbaycançılıq" ideologiyasından qaynaqlanmaqdadır. Müəllif kitabda hətta İran tərəfinin bu problemin mənbəyini Azərbaycan və xarici dövlətlər tərəfindənmüdafiə oldunduğu və bunu fərqli dövrlərdə dilə də gətirdiyin qeyd etmişdir. Əsərdə N.Əlizadə müsqətil İranın Azərbaycan Respublikasının varlığından, İrandakı tarixi Azərbaycan ərazilərindən və hətta Azərbaycan adından, Azərbaycan kimliyindən, Azərbaycançılıq ideologiyasından narahat olduğunu və s. məsələlərə münasibət bildirmişdir. Bu səbəbdən müəllif qeyd edir ki, Azərbaycançılıq ideologiyasının türkçülüyə əsaslanmadığını, Cənubi Azərbaycan türklərinin “azərilər”olduğunu və onların türkləşdirilmiş İranlılar olduqlarını iddia etməkdir. Bütün bunları Dr. Nəzrin Əlizadə “İranda Türk kimliyi: dünəni və bugünü” adlı əsərində Azərbaycan, Türkiyə, İran, Rusiya və Qərb alimlərinin əsərləri, müxtəlif dilli elmi ədəbiyat və mənbələr, eyni zamanda xarici və yerli KİV-ləri məlumatları əsasında tədqiq və təhlil etmişdir.

Sübhan Talıblı,

Tarix üzrə fəlsəfə doktoru, dosent

Digər xəbərlər