2025-ci ildə Azərbaycanın işğaldan azad edilmiş əraziləri üzrə 63 şəhərsalma əsaslandırılma layihəsi təsdiq edilib.SİA bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabata istinadən xəbər verir.Sənədə əsasən, hesabat ilində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əsas fəaliyyət istiqamətlərindən biri olan ərazi planlaşdırılması sənədlərinin hazırlanması sahəsində işləri davam etdirib. Belə ki, Nazirlər Kabinetinin müvafiq qərarları ilə Astara, Laçın, Qubadlı, Göytəpə, Qovlar, Liman, Xudat şəhərlərinin baş planları təsdiq edilib. Ötən il Komitəyə təqdim edilmiş 364 şəhərsalma əsaslandırılma layihələrindən 363 layihə, o cümlədən işğaldan azad edilmiş ərazilər üzrə 63 layihə Komitənin müvafiq sərəncamları ilə təsdiq edilib, şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət reyestri üzrə Komitəyə təqdim edilmiş 766 (593 tikintiyə icazə, 173 istismara icazə) icazə icraatı, 10 050 (9 419 tikinti niyyəti, 631 tikintisi başa çatıb) məlumatlandırma icraatı və 99 sökülmə barədə məlumatlar Reyestrə daxil edilib.
Mütəxəssis zədə riskini azaltmağa və illərlə fiziki formanı qorumağa kömək edə biləcək sadə bir məşq öncəsi addımı paylaşıb...
Lakin bu vəziyyətin başqa səbəbləri də ola bilər...
Klinik ölüm yaşayan insanlar işıq, tunellər, səslər və mələklər haqqında danışırlar. Bəs həyat və ölümün astanasında bizi başqa hansı görüntülər ziyarət edə bilər?
Mütəxəssislər qırmızı və yaşıl bibərləri vitamin və mineral tərkibinə görə müqayisə ediblər...
Bu, elektrik krossoveridir...