PDF Oxu

Sosial

  • 2 406

Yorğunluğa nə səbəb olur? - MARAQLI FAKTLAR

Yorğunluğa nə səbəb olur? - MARAQLI FAKTLAR

Formada qalmaq fiziki və zehni sağlamlığımızı qorumaq üçün vitamin mineral balansımızın olması vacibdir.

1. Dəmir çatışmazlığı

Dəmir bədəndə hemoqlobin adlı bir zülal əmələ gətirir. Hemoqlobin əzələlərə və toxumalara oksigen çatdırılmasında kömək edir. Yorğunluq və halsızlıq dəmir çatışmazlığı olduqda baş verir. Düzgün qidalanmama, şiddətli menstrual qanaxma, mədə xorası və hemoroid səbəbi ilə həddindən artıq qan itkisi, çölyak kimi xəstəliklər səbəbi ilə bədənə daxil olan dəmirin udulmasının pozulması çay, qəhvə, kola kimi kofeinli içkilərin yeməklərlə birlikdə istifadəsi dəmirin udulmasının qarşısını alır.

2. B12 çatışmazlığı

Vitamin B12 DNT istehsalında iştirak edən bir vitamindir. B12 çatışmamazlığı unutqanlıq baş qarışıqlığı uyuşma kimi simptomlarla yanaşı yorğunluğa da səbəb olur. B12 əsasən ət məhsullarında olduğu üçün veqan diyeti saxlayan insanlar xüsusi ilə riks altındadırlar.

3. Fol turşusu çatışmamazlığı

Fol turşusu bədəndə bir çox vacib funksiyaya sahib olan suda həll olunan B vitamini törəməsidir. Ən çox paxlalı bitkilər yumurta yaşıl yarpaqlı tərəvəzlərdə olur. DNT və RNT istehsalı üçün vacibdir və qırmızı qan hüceyrələrinin istehsalında əhəmiyyətli rol oynayır. Onun çatışmazlığı anemiyaya və yorğunluğa səbəb olur.

4. D vitamini çatışmazlığı

D vitamini bədəndə saxlanılan yağda həll olunan bir vitamindir. Sümük metabolizmasında və immuntet sistemində rol oynayır. Hamımızın bildiyimiz kimi, ən vacib qaynağı günəş şüalarıdır. Bu bəzi bitki və heyvan qidalarınında tərkibində vardır. Yorğunluq, halsızlıq və əzələ ağrısı D vitamini çatışmazlığı olanlarda əhəmiyyətli simptomlardır.

5. Kalium və natrium çatışmazlığı

Natrium və kalium bədənimizin əsas minerallarıdır. Hər hansı bir səbəbdən kalium və ya natrium çatışmazlığı olduqda bədəndə yorğunluq, halsızlıq və əzələ ağrıları meydana gələ bilər. Kalium çatışmazlığı düzgün qidalanmama, sıx idman, tərləmə, az su istifadəsi səbəbi ilə görülə bilər. Kartof, banan, qoz, fındıq kimi quru meyvələr kaliumla zəngindir. Natrium çatışmazlığı həddən artıq duz qəbulu, böyrək xəstəlikləri, qusma və tərləmə nəticəsində bədəndən duz itkisi səbəbindən meydana gəlir. Ən vacib qaynaq süfrə duzudur. Dəniz məhsulları, bibər, kərəviz, yerkökü və fıstıq, fındıq, qoz natriumla zəngin qidalardır.

6. Maqnezium çatışmazlığı

Maqnezium, hüceyrədə enerji istehsalında rol oynayan əhəmiyyətli bir mineraldır. Maqnezium çatışmazlığı enerji istehsalında pozulmalara səbəb olur. Bu, yorğunluğa və əzələ ağrısına səbəb olur. Şiddətli maqnezium çatışmazlığı əzələ ağrılarını, uyuşma və diqqətin azalması kimi simptomları meydana çıxarır. Yaş artdıqca maqneziumun udulması azalır. Qida ilə kifayət qədər alınmazsa, bədən sümüklərdə saxlanılan maqneziumdan istifadə etməyə başlayır. Maqnezium çatışmazlığı diabet, alkoqolizm, kolit və çölyak kimi xəstəliklərdə üzə çıxır. Tünd yaşıl tərəvəzlər, taxıl məhsulları, badam, fındıq, fıstıq, qoz, xurma, soğan, pomidor, kakao, banan, və kərəviz maqneziumla zəngindir.

Abutel İsmayıllı

Digər xəbərlər