Sosial

  • 5 007

Ac qarnına bu qidaları qəbul etmək olmaz - DİQQƏT - MÜTƏXƏSSİS AÇIQLADI

image

"İlk növbədə un və un məmulatlarını ac qarnına yemək olmaz. Bu qidaları ac qarnına qəbul etmək birbaşa olaraq orqanizmə zərərlidir". Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, çünki bu, daha çox piylənməyə, yağlanmaya səbəb olur: "Eyni zamanda qandakı şəkər səviyyəsini anidən qaldırır və tez bir zamanda da düşməsinə səbəb olduğu üçün mümkün qədər un məmulatlarından az istifadə etmək lazımdır. Xüsusilə yağda qızardılmış şəkildə olduqda daha çox zərərli olur. Bundan başqa çay və ya kofeni ac qarnına içmək çox zərərlidir. Bu xüsusilə mədə turşuluğunun artmasına səbəb olur. Eyni zamanda da gün ərzində yeyilən qidalar düzgün həzm edilmir. Mədə problemi olan insanlarda bu daha da kəskinləşir. Bundan əlavə səhər tezdən turş meyvələrin istehlak edilməsi faydalı hesab olunmur. Çünki ac qarnına turş meyvələri qəbul etdikdə allergiyalara səbəb ola bilər. Bir çox insanlar səhər yeməyində sadəcə banan istehlak edirlər ki, bu da qandakı maqnezium səviyyəsini kəskin şəkildə artırır. Əsasən ac qarnına yumurta, pendir, zeytun, bal və su qəbul olunmalıdır. Eyni zamanda gün ərzində bir ovucu keçməmək şərti ilə çərəzlər qəbul edilməlidir. Ümumilikdə günə ilk növbədə su ilə başlanılmalıdır. 10-15 dəqiqədən sonra isə səhər yeməyi qəbul edilməlidir".

Digər xəbərlər