Milli Hidrometeorologiya Xidmətinin noyabrın 17-si saat 11:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi Bakıda və Abşeron yarımadasında və əksər bölgələrdə küləkli hava şəraiti müşahidə olunub. Xidmətdən SİA-ya bildirilib ki, ayrı-ayrı yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb.
Qar örtüyünün hündürlüyü: Qubada 3 sm, Xınalıq, Şahdağ, Gədəbəyin dağlıq ərazilərində 1 sm olub.
Göygöldə 7 mm, Qax (Sarıbaş), Daşkəsəndə 3 mm, Ağstafa, Şahbuzda 2 mm, Naftalan, Gəncə, Goranboy, Culfa, Zaqatala, Balakən, Şəki, Quba, Tərtər, Bərdə, Yevlax, Göyçay, Sabirabad, Cəfərxan, Ağdam, Xaltan, Şabran, Şirvan, Altıağac, Naxçıvan, Şərurda 1 mm-dək yağıntı qeydə alınıb.
Noyabrın 16-sı axşam saatlarında ölkə ərazisinin bəzi yerlərində müşahidə olunan güclü şimal-qərb küləyi səhər saatlarından tədricən 8-13 m/s-dək mülayimləşib.
Altıağac, Şamaxı, Qusar, Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 3, Aran rayonlarında 6 dərəcəyədək isti, dağlıq rayonlarda 3, yüksək dağlıq ərazilərdə 8 dərəcəyədək şaxta qeydə alınıb.
Video fakt...
Yarım dəqiqədə həddindən artıq yeməyi necə dayandırmaq olar? Diyetoloq kompulsiv yeməklə mübarizə aparmaq üçün unikal psixoloji və fiziki sıfırlama texnikası təklif edib...
Mükəmməl görünür...
Təyyarədə səhv oturacaq seçmək bütün uçuşunuzu poza və özünüzü daha az rahat hiss etməyinizə səbəb ola bilər...