Tovuzda yanğın hadisəsi baş verib. SİA-nın məlumatına görə, yanvarın 2-si saat 02 radələrində Tovuz rayonu Aşağı Quşçu kəndindəki evin həyətində olan dəmir konstruksiyalı köməkçi tikilidə yanğın qeydə alınıb. 12 kv. m. sahənin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, yanğın söndürüldükdən sonra ev sahibi Rafiq Hüseynovun qardaşı 1954-cü il təvəllüdlü Hüseynov Fazilin yanmış meyiti tapılıb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
O, hələ də 2012-ci ildə qaçırılan oğlunun taleyi barədə heç nə bilmir…
Uğurlu insanlar boş vaxtlarını televiziya şoularına baxmağa sərf etmirlər...