PDF Oxu

Cəmiyyət

  • 3 189

Yasamalda yerləşən köhnə ağaclıq ərazi abadlaşdırılır

image

Bakının Yasamal rayonunda yerləşən köhnə ağaclıq ərazi abadlaşdırılır, daha bir park salınır. Bu barədə SİA-ya Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Ekoloji Ekspertiza Agentliyi həmin 5 hektarlıq ərazidə 161 ədəd qurumuş və qəzalı vəziyyətdə olan ağaca rəy verib:

"Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi ərazidən götürüləcək 161 quru ağacın yerində iqlimə xas 300-ə yaxın müvafiq cinsli tinglərin əkilməsi prosesinə başlayacaq. Hazırda qurumun əməkdaşları müvafiq orqanın verdiyi rəylərə uyğun olaraq qurumuş ağacların götürülməsi prosesini həyata keçirir".

Vurğulanıb ki, ərazidə abadlaşdırma işləri aparılacaq və velosiped yolları, uşaq oyun meydançaları və s. nəzərdə tutulan park qurulacaq:

"Heç bir tikinti fəaliyyətindən söhbət gedə bilməz".

Digər xəbərlər

Uşaqlarda allergiyanı soyuqdəymədən necə ayırd etmək olar..?

Səhv diaqnoz düzgün olmayan müalicəyə gətirib çıxarır ki, bu da sağlamlığa zərər verə bilər...

Ən aqressiv tip: dəri xərçəngi ən çox hansı yaşda baş verir?

Melanoma həmçinin göz nahiyəsində, ağız mukozasında və bağırsaqlarda da inkişaf edə bilər...

“Bütün xəstəliklərə qarşı” kömək edən ədviyyat...

Bütün faydalarına baxmayaraq, həkim tövsiyələrinə əməl etmək və dozanı aşmamaq vacibdir...