PDF Oxu

Cəmiyyət

  • 998

Sabah hava şəraiti əsasən yağmursuz keçəcək

image

Azərbaycanda fevralın 2-nə gözlənilən hava proqnozu açıqlanıb. SİA xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman və zəif çiskin olacağı ehtimalı var. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 1-6°, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 millimetr civə sütunu, nisbi rütubət isə 70-80 faiz təşkil edəcək.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Arabir duman olacağı, şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 5-10° şaxta, gündüz 5-10° isti olacaq.

Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöl rayonlarında hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 4-9° isti olacağı proqnozlaşdırılır.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Arabir duman olacağı, şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 5-10° isti olacaq.

Gəncə və Naftalan şəhərləri, Qazax, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 7-12° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2-7° isti olacağı ehtimal edilir.

Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Arabir duman olacağı, şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 0-5°, gündüz 9-14° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5°, gündüz 7-12° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 3-8° isti təşkil edəcək.

Digər xəbərlər