Bu gün Od çərşənbəsidir. Hər çərşənbənin müxtəlif adətləri olduğu kimi od çərşənbəsinində adət-ənənləri fərqlidir. İnsanlar bu çərçənbəlkəri müxtəlif şəkildə qeyd edirlər. Həmçinin çərşənbələrin olması Novruz bayramının yaxınlaşmasından xəbər verir. Novruz bayramı özü isə yazın gəlişinin xəbərçisidir. İnsanlar bəs bu günü necə qeyd edirlər? hansı adət-ənənələrdən xəbərdardıqlar? SİA bu barədə vətəndaşlar arasında sorğu keçirdi.
Şəhər sakini Sabir Muradov: " Birinci çərşənbə su çərşənbəsidir. İkinci çərşənbə isə. Yəni bu gün od çərşənbəsidir. Ümumiyyətlə çərşənbələr yazın oyanışını, Novruz bayramının xəbərçisidir. Bu gün od çərşənbəsinə özəl tonqallar qalanmalıdır. Bununla yanaşı yalnız od çərşənbəsi deyil, digər çərşənbələr olan su, yel və torpaq çərşənbəsinin özünəməxsus adət-ənənləri vardır. Bu çərşənbələr də tonqallar qalanır, uşaqlar və gənclər üstündən atlanır. "Ağırlığım, uğurluğum bu odda qalsın" deyə dilək diləyirlər. Bununla yanaşı bayram süfrələri açılır, uşaqlar şənlənir".
Azərbaycan Dövlət Pedoqoji Universitetinin müəlliməsi Cəmilə Abdullayeva: "Od çərşənbəsi Novruz bayramının ən gözəl adətlərindən, günlərindən biridir. Həmçinin Novruz bayramı uşaqların ən sevimli bayramlarından biridir. Hər kəs evində azdan çoxdan nə varsa, süfrə üçün ən yaxşı yeməklərini, təamlarını bişirirlər. Novruz bayramının simvolu olan səmənini bu zamandan cücərtməyə başlayırlar. Ən çox isə sonuncu, axarıncı adlandırılan torpaq çərşənbəsini sevirik. Bu çərşənbəni isə səbirsizliklə gözləyirik. Mənim üçün bu çərşənbə çox sevincli oldu. Düzdür, bu od çərşənbəsini təmtəraqlı qeyd etmirəm. Lakin oğlumun xarici ölkədən bu günə özəl gəlməsi məni çox sevindirdi. Bayramınız mübarək!".
Məktəbli Sabir Əlizadə: "Bu gün od çərşənbəsidir. Biz bu günü çox şən keçirdirik. Uşaqlarla əsasən tonqal qalayıb ətrafına yığışırq. Tonqal qalamaq çərşənbə zamanı baş verir. Həmçinin ailəmlə bir yerdə şənlənirik. Novruz bayramını çox sevirəm. Bu bayram yazın gəlişindən xəbər verir. Ailəmlə bir süfrə ətrafında toplaşırıq. Anam axşama özəl dadlı təamlar bişirir".
Şəhər sakini Mehman Umudov: "Novruz bayramı bizim ən sevimli milli bayramlarımızdandır. Biz hər zaman Novruz bayramını təmtənəli şəkildə qeyd edirik. Bu günə özəl olan od çərşənbəsi ikinci çərşənbəmizdir. Ümumiyyətlə od bizim üçün ata-babalarımızdan qalma rəmzi ünsürümüzdür və bizlər ona hər zaman sitayiş edirik. Bu gün od çərşənbəsi olduğuna görə təbii ki, tonqal qalayacıq. Hətta yeriniz hazır etmişik. Allah bütün Azərbaycan xalqının bayramını təbrik etsin. Hər kəsə gözəl günlər arzu edirəm".
Rəssam, sənətşunas Mehriban Şəmsəddinskaya: "İlk növbədə qarşıdan gələn Novruz bayramınızı təbrik edirəm. bizim xalq çərşənbələri çox gözəl keçirir. Eynilə bu gündə od çərşənbəsi münasibətilə çox gözəl gün keçirdirik. Həmçinin qardan sonra çox gözəl hava var. Ümid edirəm hər kəsin evində Novruz bayramının atributları olan səməni, qoğal, şəkərbura, paxlava süfrələrinin üstündə yer alsın".
Ulduzun çox yaxınlığında yerləşir...