Yeni bir araşdırma, körpələrin ana bətnində əvsübut edib. "Environmental Science & Technology" jurnalında dərc olunan araşdırma, yeni doğulmuş körpələrin göbək qanını müasir analitik üsullarla araşdırıb və təəccüblü nəticələr əldə edib.
PFAS-ın təbiətdə parçalanması əsrlər çəkdiyinə görə "sonsuz kimyəvi maddələr" adlanır. Mebeldən qida qablaşdırmasına qədər bir çox istehlak məhsullarında tapılan bu maddələr ətraf mühitə və bədənimizə sızıb. “Mount Sinai İcahn” Tibb Məktəbi və Kanadalı tədqiqatçılar tərəfindən aparılan araşdırmada, yeni bir kimyəvi müayinə üsulu, əvvəllər müəyyən edilmiş 8 növü əvəz edərək, göbək qanında 42 fərqli PFAS növünü müəyyən etdi.
Tədqiqatın ən təəccüblü tapıntılarından biri PFAS-a məruz qalmanın yalnız ilk uşaqlarda məhdudlaşmaması idi. Köhnə metodlar ilk hamiləlikdən doğulanlarda daha yüksək səviyyədə kimyəvi maddələr aşkar etsə də, bu hərtərəfli yeni texnika sonrakı bacı-qardaşların da oxşar risk səviyyəsində olduğunu göstərdi.
Mütəxəssislər bu mürəkkəb təsirin uşaqların sağlamlığına təsirini yenidən qiymətləndirməyin vacibliyini vurğulayırlar. Hələ tam sübut olunmasa da, bu kimyəvi maddələrin böyrək funksiyasının pozulması, xərçəng riskinin artması və dölün inkişafının yavaşlaması ilə əlaqəli olduğu düşünülür. Alimlər bu tapıntıları hamiləlik kimi həssas dövrlərdə qoruyucu tədbirlərin görülməsi üçün əsas yaratmağa çalışırlar.
Model moda nümayişində çılpaq sinəsini çay stəkanları ilə örtdü...
Bunun üçün sadəcə bir dəyişiklik kifayətdir...
Baytarlar, ev heyvanları yatarkən onların pəncələrinin və ya quyruqlarının qıvrıldığını görsələr,.. onları narahat etməməyi məsləhət görürlər...