İlk dəfə Dünya Kubokunda mübarizə aparacaq Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin heyəti müəyyənləşib. Basketbol millimiz Arika Karter, Aleksandra Mollenhauer, Brianna Freyzer, Dina Ulyanovadan ibarət heyətlə mübarizə aparacaq.
Yarış iyunun 1-7-də Polşanın paytaxtı Varşavada keçiriləcək. Milli komanda A qrupunda Niderland, Polşa, Çexiya və Madaqaskar seçmələri ilə münasibətləri aydınlaşdıracaq.
Mətləb