PDF Oxu

İdman

  • 617

FİFA-dan QƏRAR - DÇ-2026 üçün sərt qadağa qoyuldu

image

Beynəlxalq Futbol Federasiyası (FİFA) bir neçə gün sonra (11 iyun) start götürəcək dünya çempionatında qapıçıların zədələnməsi səbəbindən yaranan fasilələrdən taktiki məsləhətləşmələr üçün istifadə olunmasına rəsmən qadağa qoyub. Yeni qaydaya əsasən, qapıçıya tibbi yardım göstərilən zaman sahə oyunçuları ehtiyat oyunçular skamyasına yaxınlaşa və məşqçilər qərargahı ilə ünsiyyət qura bilməyəcəklər.

Bu yeniliyin əsas məqsədi vaxtın süni şəkildə uzadılmasının qarşısını almaq və əvvəllər məşqçilər tərəfindən meydanda taktikanı dəyişmək üçün istifadə olunan qeyri-rəsmi fasilələri aradan qaldırmaqdır. Xatırladaq ki, 2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə baş tutacaq.

Mətləb

Digər xəbərlər