İlk Tu-214 sərnişin təyyarəsi 2025-ci ildə Rusiya aviasiya sənayesinin inkişafı üçün kompleks proqramla təsdiq edilmiş həcmlərdə sifarişçilərə çatdırılacaq.SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının sənaye və ticarət naziri Anton Əlixanov NAIS mülki aviasiya infrastrukturunun milli sərgisi çərçivəsində bildirib.…Bu il ilk Tu-214-lər kompleks proqramda təsdiq edilmiş planlar çərçivəsində təhvil veriləcək, - nazir bildirib.Onun sözlərinə görə, hazırda yeddi əsas təyyarə növü sertifikatlaşdırma işlərinin müxtəlif mərhələlərindədir.Qeyd edək ki, 2024-cü ilin noyabrında uçan laboratoriya kimi istifadə edilən idxalı əvəz edən Tu-214 ilk uçuşunu edib. Uçuş bir saatdan çox davam edib.2024-cü ilin iyun ayında Rostec dövlət korporasiyası Kazan Qorbunov Aviasiya Zavodunun Tu-214 sərnişin təyyarələrinin istehsalı üçün emalatxanalarının yenidən təchiz edilməsini başa çatdırdığını bildirlb.Bu proqramın həyata keçirilməsi orta mənzilli Tu-214 təyyarələrinin istehsalını artıracaq.
Nazlı Almuradova
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...