Mərkəzi Kəşfiyyat İdarəsi rus əsgərlərinin Ukraynada cəbhə xəttində neçə dəqiqə sağ qaldığını açıqladı.
...Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff bildirib ki, Ukrayna ordusunun süni intellektlə işləyən dronlardan istifadə etməsi səbəbindən rus əsgərləri döyüş meydanında orta hesabla cəmi 20-30 dəqiqə sağ qalırlar.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Bloomberg yazır.
...Kəşfiyyatımız Ukrayna ilə bağlı gördüyünüz bəzi açıq mənbəli hesabatlarla uzlaşır: hazırda Ukraynada döyüş meydanına gələn rus əsgərinin orta ömrünün 20-30 dəqiqə arasında olduğu təxmin edilir, - deyə Retkliff Pensilvaniyada keçirilən Müdafiə və İnnovasiya Sammitində bildirib.
Qeyd edək ki, o, bunu "süni intellektlə işləyən dronların bu qədər ixtisaslaşmış və ucuz öldürücü maşınlara çevrilməsi" ilə əlaqələndirib.
ABŞ rəsmiləri Rusiyanın həftədə təxminən 7000 əsgər itirdiyini təxmin edirlər.
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya hədəflərinin 80 faizdən çoxunun dronlar tərəfindən məhv edildiyini bildirib.
15 iyulda Volodimir Zelenski Ukraynanın hazırda ildə 10 milyon dron istehsal etdiyini, lakin "bu rəqəmin 20-yə çatacağını" bildirib.
Elə həmin gün Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Ukrayna ilə Avropa İttifaqının müdafiə-sənaye müqaviləsi - Dron Sazişi barədə razılığa gəldiyini açıqladı.
Əli Babayev
Zelenski əsir götürülmüş Şimali Koreyalıları... düşmənləri Cənubi Koreyaya təhvil verib..?
Saxtakar parlament seçkiləri müharibənin davam etməsi üçün bəhanə yaradır...
Süni intellekt ətrafında müzakirələr qızışır
Gənc kişilərə “film layihəsi”ndə rollar təklif olunur...
ABŞ yeni hərbi obyektlər alacaq və adanın statusu eyni qalacaq...
Hətta Ayətullahın belə qırğını dayandırmaq üçün cəsarəti var idi...
Ukraynanın təcrübəsi alyansı təlimlər zamanı taktikanı dəyişməyə məcbur edir...
Moskva Əfqanıstanla işçi qüvvəsinin cəlb edilməsi ilə bağlı razılığa gələ bilmədi...
Onların kitabı Kreml sistemi haqqında mifləri dağıdır...
Hindistanlı kahin Anand 2026-cı ilin payızında qlobal yenidən başlama proqnozu verdi…