PDF Oxu

Dünya

  • 2 567

“...Vay Qərb ölkələrinin qarşıdakı halına”..?

image

“...Qərb qlobal hökmranlığından əl çəkməyə hazır deyil və bunun üçün çox şey qurban verməyə hazırdır”.

Deməli bunu bu gün, mayın 12-də Rusiya prezidenti Vladimir Putin iqtisadi məsələlərlə bağlı müşavirədə bildirib.

SİA bu barədə rus saytlarına istinad edir.

Onun sözlərinə görə, artıq bir sıra dövlətlər aclıq riskləri ilə üz-üzədir və belə siyasət davam edərsə, Aİ ölkələrində geri qaytarılması çətin nəticələr yarana bilər.

Vladimir Putin əlavə edib ki, Qərbin Rusiyaya qarşı sanksiyaları onları tətbiq edən ölkələrin iqtisadiyyatına zərbə vurur, həmçinin qlobal böhrana səbəb olur.

“Vurğulayıram ki, bunun günahı tamamilə öz qlobal hökmranlığını qorumaq üçün dünyanın qalan hissəsini qurban verməyə hazır olan Qərb ölkələrinin elitasındadır”, - Rusiya prezidenti bildirib.

Öz növbəsində, Rusiya Federasiyası xarici çağırışların öhdəsindən inamla gəlir: bu il rekord taxıl məhsulu gözlənilir - 130 milyon ton, o cümlədən 87 milyon ton buğda, deyə o yekunlaşdırıb.

“Bu, təkcə daxili ehtiyacları marja ilə ödəməyə deyil, həm də tərəfdaşlarımız üçün qlobal bazara tədarükləri artırmağa imkan verəcək ki, bu da dünya ərzaq bazarları üçün çox vacibdir”, - Putin vurğulayıb.

O, həmçinin Rusiyada inflyasiyanın səngidiyini də qeyd edib. Belə ki, rusiyalı prezidentin dediyinə görə, apreldə inflyasiyanın dərəcələri mart ayı ilə müqayisədə bir neçə dəfə azalıb, həftəlik qiymət artımı isə 0,1 faizə düşüb.

Eyni zamanda, yanvar-aprel aylarında icmal büdcənin profisiti 2,7 trilyon rubl təşkil edib. Həmçinin prezidentin sözlərinə görə, rublun məzənnəsi möhkəmlənir.

Xatırladaq ki, bu il Rusiya hökumətinin ehtiyat fondu 791,6 milyard rubl artacaq. Neft və qaz gəlirlərindən daxil olan əlavə vəsaitlər sanksiyalar təzyiqi şəraitində iqtisadiyyatın sabitliyini təmin etmək üçün istifadə olunacaq.

...Putinin dediyindən belə başa düşülür ki, “...vay Qərb ölkələrinin qarşıdakı halına”..?

Ağasəf Babayev

Digər xəbərlər

Kremldə isteriya baş qaldırıb...

Putin vəziyyəti daha da ağırlaşdırır...

Svitan Rusiyanın NATO-ya hücumu üçün mümkün ssenarini təsvir etdi

Hərbi ekspert eskalasiyanın üç-dörd mərhələsini müəyyən etdi...

Putinin “ölü əli”: Rusiya nüvə cavab zərbə sistemini canlandırdı

Ural dağlarında “Obyekt 1335” kimi tanınan gizli yeraltı hərbi kompleks genişləndirilib...

“Belarusdakı dəyişikliklər Rusiyanın məğlubiyyətinin açarı ola bilər”

Tarixçi Avropanın gələcək təhlükəsizliyi üçün üç şərt müəyyən etdi...

Ukraynalılar argentinalı muzdlunu əsir götürüb

Argentinalı “nayomnik” Liman yaxınlığında döyüşürmüş...

Putinə əsas zərbə ordudan gəlməyə bilər...

Kremlin reallığa qarşı müharibəsi məhvə məhkumdur...