Analitika

  • 17 209

Əfqan Muxtarlı və onun ətrafındakı antimilli ünsürlər erməni lobbisinin maşasıdır

image

Azərbaycanın gündən-günə güclənməsi, beynəlxalq aləmdə nüfuzunun artması erməni lobbisini və anti-Azərbaycan dairələrinin, onların təsirində olan xarici KİV-lərin və bəzi qərəzli təşkilatların ciddi narahatlığına səbəb olur. Elə Ermənistan mediasının Gürcüstandakı antimilli ünsürlərinin, konkret olaraq, Əfqan Muxtarlını cidd-cəhdlə müdafiə etmələri, ölkəmizin nüfuzunu ləkələməyə cəhd etmələri, habelə, Gürcüstan hakimiyyətinə təzyiq göstərməyə çalışmaları bunu təsdiqləyir. Bütün bunların fonunda isə təsdiqlənən məsələ ondan ibarətdir ki, Əfqan Muxtarlı və onun ətrafındakı antimilli ünsürlər erməni lobbisinin maşasıdır.

Erməni lobbisi ilə birlikdə bu anti-milli ünsürlərin əsas məqsədi Azərbaycanla Gürcüstan arasındakı dostluq, əməkdaşlıq və mehriban qonşuluq münasibətlərinə zərbə vurmaqdır. Məhz buna görə də üzdəniraq qüvvələr AXCP sədrinin müavini Gözəl Bayramlı, Ə.Muxtarlı və onların aid olduqları şəbəkədən istifadə edərək, yüksək səviyyəli Azərbaycan-Gürcüstan münasibətlərinə kölgə salmaq istəyirlər. Lakin unudurlar ki, iki ölkə arasındakı əlaqələrin təməlində xalqlarımızın birliyi, birgə tariximiz və yüksək səviyyəli dostluq münasibətləri dayanır. Məhz belə yüksək səviyyəli münasibətlər sayəsində Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi qlobal enerji və nəqliyyat-kommunikasiya layihələri Azərbaycanın siyasi iradəsi, tərəfdaş ölkə kimi Gürcüstanın da dəstəyi ilə həyata vəsiqə aldı, "Cənub Qaz Dəhlizi" isə uğurla reallaşdırılır.
Siyasi ekspertlər də qeyd edir ki, Gürcüstandan Azərbaycana qanunsuz olaraq keçməyə görə saxlanılan Ə.Muxtarlının həbsi ətrafında yaranmış vəziyyət Azərbaycanla Gürcüstan arasındakı sıx münasibətlərə təsir göstərə bilməz. Məsələn, Gürcüstan Strateji və Beynəlxalq Tədqiqatlar Fondunun Avropa İttifaqı Tədqiqatları Mərkəzinin direktoru, nüfuzlu ekspert Kaxa Qoqolaşvili bildirib: "Düşünmürəm ki, bu cür məsələlər Azərbaycanla Gürcüstan arasında mövcud münasibətlərə hansısa təsir göstərə bilsin. Çünki Azərbaycanla Gürcüstan qarşılıqlı əməkdaşlığa çox böyük maraq göstərir və bu cür kiçik hadisələr bu əməkdaşlığa hansısa təsir göstərə bilməz. Əlbəttə, həm ölkə daxilində, həm də xaricində bəzi qüvvələr var ki, Azərbaycanla Gürcüstan arasındakı sıx münasibətləri korlamağa və belə hadisələrdən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar. Azərbaycan və Gürcüstan hökumətləri bunu yaxşı bilir və bu cür hadisələrin ikiərəfli münasibətlərə xələl gətirməsinə imkan verməzlər".
Ekspert bildirib ki, strateji tərəfdaş olan Azərbaycan-Gürcüstan əlaqələrinin böyük tarixi var və bu münasibətlər bu gün bir çox sahələrdə inkişaf edir. Bugünkü geosiyasi vəziyyət də Azərbaycanla Gürcüstanın sıx əməkdaşlıq etməsini tələb edir. Azərbaycan Gürcüstana ən iri investisiya qoyan ölkələrdən biridir. Bu, Gürcüstan iqtisadiyyatı üçün çox vacibdir. Eyni zamanda, iki ölkə arasında səmərəli hərbi əməkdaşlıq mövcuddur. Yəni Azərbaycanla Gürcüstanın əməkdaşlığına alternativ olan bir amil yoxdur.
Bu gün də iki dost ölkə arasında bütün sahələr üzrə əlaqələr getdikcə güclənir. Hazırda Azərbaycan şirkətləri Gürcüstanın infrastruktur, enerji və nəqliyyat sektorlarına böyük həcmdə sərmayə qoyurlar. Azərbaycan şirkətləri Gürcüstan büdcəsinə ən çox vergi ödəyən müəssisələr arasında mühüm yer tuturlar. Prezident İlham Əliyev 2015-ci il noyabrın 5-də Gürcüstana rəsmi səfəri zamanı Gürcüstan Prezidenti Georgi Margvelaşvili deyib ki, Azərbaycan hər zaman Gürcüstana həm iqtisadi, həm də humanitar sahədə dəstək verir: "Hər bir gürcü yaxşı bilir ki, Azərbaycan bizə hansı yardımları göstərir. Bunlara misal olaraq uşaq bağçaları, kilsələr, idmançılarla bağlı xeyriyyə layihələrinin həyata keçirilməsinə verilən dəstəyi və köməyi qeyd edə bilərik. Bu əməkdaşlığa görə Azərbaycana öz təşəkkürümüzü bildiririk. Gürcü xalqı da hər zaman dost Azərbaycan xalqının yanında olacaq".
Eyni zamanda, Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər də bu sahədə əlaqələrin inkişafında əsl körpü rolunu oynayaraq xalqlarımız və ölkələrimiz arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə böyük töhfələr verirlər.

"Səs" Analitik Qrupu

Digər xəbərlər