Analitika

  • 21 109

Yeni Azərbaycan Partiyası 2017-ci ilin uğurları TƏHLİL

image

Müstəqil Azərbaycanın keçdiyi şanlı yolun böyük və əhəmiyyətli hissəsi bilavasitə Yeni Azərbaycan Partiyasının (YAP) adı ilə bağlıdır. Belə ki, demokratik və sivil cəmiyyətdə xüsusi fəaliyyəti ilə seçilən YAP yüz minlərlə insanı bir ideologiyada – Ulu Öndər Heydər Əliyev ideologiyasında birləşdirib. Əlbəttə, uzun və keşməkeşli yol qət edən və hazırda iqtidar partiyası kimi istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə öz sözünü deyən YAP bütün mənalarda Azərbaycanın inkişaf və tərəqqisində öz nəhəng töhfələrini verməkdə davam edir. Bu partiyanın üzvü olan hər bir kəs bunu qürur və əqidə mənbəyi olaraq qiymətləndirməkdədir.

Geridə qoyulan hər bir il partiya üçün öz əlamətdarlığı ilə seçilmişdir
Ötən 25 ildə keçdiyi fəaliyyət yolunu nəzərdən keçirərsək, bizlər eyni zamanda YAP-ın timsalında xalq-iqtidar vəhdətinin şahidlərinə çevrilmişik. Əbəs yerə deyil ki, bu gün Yeni Azərbaycan Partiyası öz sıralarında 700 mindən çox insanı birləşdirir və onların 40 faizi gənclərdir. Ümumiyyətlə, geridə qoyulan hər bir il partiya üçün öz əlamətdarlığı ilə seçilmişdir. Bu baxımdan, 2017-ci il də Yeni Azərbaycan Partiyası tərəfindən uğurla başa çatdırılmaqdadır.Cari il ərzində YAP bir çox mühüm fəaliyyətləri ilə ölkəmizin inkişaf və tərəqqisinə öz töhfələrini verib. Partiyanın Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici, eləcə də məqsədyönlü və müdrik siyasətinin tərkib hissəsində yer alan Yeni Azərbaycan Partiyasının əldə edilən hər bir uğurda, hər bir nailiyyətdə öz rolu və yeri mövcuddur.Partiya tərəfindən keçirilən tədbirlər, verilən qərarlar və onların icrası, reallaşdırılan çoxsaylı kampaniyalar bu il də davam etdirilib. Xüsusilə, ətraf mühitin qorunmasında və mühafizəsində daim öndə olan YAP-ın təşəbbüsləri sırasında baş tutan ağacəkmə kampaniyaları bu gün də tam sürətlə davam etdirilməkdədir. Demək olar ki, Azərbaycanın bütün bölgələrində, kənd və qəsəbələrində böyük və kiçik şəhərlərində 700 min ağacın əkilməsi təşəbbüsü reallaşdırılır. Hazırda Respublikamızın bütün bölgələrində on minlərlə ağaclar, yaşıllıq kolları əkilməkdədir.Partiyanın gənclər, qadınlar siyasətinin inkişafı istiqamətində, beynəlxalq tədbirlərdəki iştirakında da bir çox önəmli tarixlər 2017-ci ilin şərəf lövhəsinə yazıldı.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən YAP-ın bir qrup üzvünün təltif edilməsi haqqında sərəncam imzaladı
Yeri gəlmişkən, onu da vurğulamaq mühümdür ki, noyabrın 14-də Heydər Əliyev Mərkəzində partiyanın yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində çıxış edən Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev Cənabları hakim siyasi təşkilatın fəaliyyəti ilə bağlı bir çox əhəmiyyətli məqamlara toxunaraq vurğulayıb ki, əldə edilən bütün uğurlarda YAP-ın, onun üzvlərinin böyük zəhməti, rolu var. SİTAT: “Bizim əldə edilmiş bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti, rolu var. Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır. Bizim beynəlxalq əlaqələrimiz də genişlənir. Beləliklə, məndə partiyamızın gələcək inkişafı ilə bağlı çox nikbin fikirlər var. Mən bu gözəl yubiley münasibətilə partiyamızın bütün üzvlərini bir daha təbrik etmək istəyirəm. Yeni Azərbaycan Partiyasına yeni uğurlar, qələbələr arzulayıram”.Məhz bu önəmli fikirlərdən bir neçə gün sonra, 18 noyabr 2017-ci ildə Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən YAP-ın bir qrup üzvünün təltif edilməsi haqqında sərəncam imzaladı.Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə Əsgərov Ağabəy Məmməd oğlu, 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Novruzov Siyavuş Dünyamalı oğlu, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Bayramov Munis Məmməd oğlu, Əliyev Vilayət Hüseyn oğlu, Fərzəliyev Abdin Ələsgər oğlu, Kazımov Mirkazım Məhəmməd oğlu, Qocayev Xeyrəddin Sayəddin oğlu, Mirzəzadə Aydın Böyükkişi oğlu, “Tərəqqi” medalı ilə Abbasəliyev Mahir Ziyad oğlu, Abbasov Bəxtiyar Abbas oğlu, Abdullayeva Şəhla Əhməd qızı, Ağayev Nazim Əsəd oğlu, Ağayev Səfa Malik oğlu, Aslanov Aslan Əli oğlu, Axundov Əziz Qəni oğlu, Balabəyov Mehdi Eyyub oğlu, Cahangirov Asif Baxış oğlu, Cəbiyev Rizvan İsrafil oğlu, Əhmədov Namiq Məcid oğlu, Əkbərov Sədrəddin Hüseyn oğlu, Əliyev Vahid Surxay oğlu, Əliyev Yaqub Canəhməd oğlu, Əliyeva Aytac Pərviz qızı, Əsgərov Akif Qaçay oğlu, Əsgərov Nəbi Ələsgər oğlu, Fərəcov Ədalət Nurulla oğlu, Gülməmmədov Rəfael Şirməmməd oğlu, Haqverdiyev Allahverdi Sərxan oğlu, Həsənov Həsən Yusub oğlu, Hüseynov Əli Abbas oğlu, Hüseynov Heydər Museyib oğlu, Hüseynova Afət Ələddin qızı, İlyasov Musa Xanlar oğlu, İsmayılov Əjdər Tağı oğlu, Məmmədov Ramin Ələmşah oğlu, Mirxaslı Mirsüleyman Mirismayıl oğlu, Musayev Əlişir Veys oğlu, Qasımov Arif Mikayıl oğlu, Quliyev Novruz Məhəmməd oğlu, Səmədov Abbas Abbas oğlu, Seyidov Vüqar Səməndər oğlu, Tağıyev Təmraz Tağı oğlu, Tatarov Ramiz Cahangir oğlu, Vahabov Rizvan Əkbər oğlu, Vəliyev Misirxan İzzət oğlu, Xudadanov Araz Tofiq oğlu, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə Quliyeva Samirə Orucqulu qızı, Şıxəliyev Lütvəli İbrahim oğlu mükafatlandırıldılar.
Əli Əhmədov: “Azərbaycan Prezidenti İlham Əliyevin yüksək seçilmə şansı var"
Ümumiyyətlə, fakt budur ki, 100 minlərlə üzvləri olan Yeni Azərbaycan Partiyası növbəti tarixi mərhələni geridə qoyaraq, 2018-ci ilə inamla keçid etməkdədir. Çünki qarşıdan eyni zamanda seçki ili gəlir və növbəti dəfə baş tutacaq prezident seçkiləri bilavasitə uğurlu nəticələri ilə yadda qalacaq."2018-ci ilin oktyabrında ölkəmizdə prezident seçkiləri keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyevin yüksək seçilmə şansı var".Bu fikirlərlə Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – icra katibi Əli Əhmədov Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən "Şərqlə Qərbin qovşağında yeni enerji və kommunikasiya imkanları" adlı konfransda deyib.Əli Əhmədov vurğulayıb ki, Prezident İlham Əliyevin yüksək nüfuzu, reytinqi, onun həyata keçirdiyi siyasətin insanlar tərəfindən birmənalı şəkildə dəstəklənməsi, Azərbaycanın həyatında baş verən müsbət dəyişikliklər, ölkəmizin nüfuzunun dünya miqyasında artması – bütün bunlar dövlətimizin başçısının yüksək seçilmə şansını təmin edir: SİTAT: "Əminəm ki, 2018-ci ilin prezident seçkilərindən sonra növbəti dekabr konfransını prezidentimizin yeni qələbəsinin təsiri altında sevincli şəkildə keçirəcəyik".
O, həmçinin qeyd edib ki, bu gün ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu iqtisadi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Beləliklə, bu gün Azərbaycanın inkişaf və tərəqqisində xüsusi yeri olan Yeni Azərbaycan Partiyası növbəti -2018-ci ilə böyük inam və qələbə ruhu ilə getməkdədir.

sia.az

Digər xəbərlər