Analitika

  • 9 531

Ermənistan inqilab astanasında

image

Sarqis Artsruni: “İnqilab bu ölkənin qapısını döyəcək”

Ermənistanın müxtəlif ictimai-siyasi dairələri son zamanlar regionda, xüsusilə qonşu İranda baş verən hadisələr fonunda ölkədə yeni qarşıdurmaların yaşanması ehtimallarını qiymətləndiriblər. Daha dəqiq desək, Serj Sarkisyanın uğursuz siyasəti əsnasında bəzi fikirlər maraq doğurmaqdadır. SİA xəbər verir ki, bu haqda ölkənin aparıcı informasiya saytlarından olan “1in.am”ın rusdilli analitika bölməsində siyasi şərhçi Sarqis Artsruni yazıb.
“Ermənistana belə bir təhlükə yoxdur” - bildirən daşnak deputatın fikirləri ilə razılaşmadığını ortaya qoyan siyasi şərhçi S.Artsruni A.Vardanyanın yalnız teoretik cəhətdən doğru dediyi qənaətinə olması qənaətindədir
Misal üçün, Ermənistan parlamentinin “Daşnaksyutun” fraksiyasının katibi Aqavan Vardanyanın “news.am”a verdiyi müsahibəsi ətrafında siyasi təhlil aparan S.Artsruniyə görə, narazı xalq qiyam qaldıra bilər ancaq erməni müxalifəti də bu cəhətdən zəfidir. Maraqlıdır, bəs daşnak fraksiyasının katibi A.Vardanyan bu barədə nə deyib?“Mümkündür ki, hansısa qruplaşma cəhdlər edə bilər, ancaq bu siyasi proseslərə elə də ciddi təsir edə bilməyəcək”- deyə sualları cavablandıran Vardanyan bu ilin apreldə Serj Sarkisyanın prezidentlik dövrünün bitməsi və yeni konstitusiya islahatlarının tətbiqi zamanı müxalifətin etiraz aksiyalarına başlayacağı mümkünlüyünü şərh edərkən bildirib.Lakin buna baxmayaraq, A.Vardanyan hesab etməyib ki, erməni müxalifəti sözügedən hadisələr prosesində ciddi güc ortaya qoyaraq, həmin prosesləri poza bilər. “Ermənistana belə bir təhlükə yoxdur” - bildirən daşnak deputatın fikirləri ilə razılaşmadığını ortaya qoyan siyasi şərhçi S.Artsruni Vardanyanın yalnız teoretik cəhətdən doğru dediyi qənaətinə olduğunu yazıb. SİTAT: “Vardanyan, əlbəttə ki, teoretik cəhətdən doğrudur, çünki obyekktiv analizlər göstərir ki, hazırda Ermənistanda hakimiyyətin 2018-ci il planlarını poza biləcək bir dənə də olsun siyasi güc yoxdur. Serj Sarkisyanın istefasını tələb edən və baş nazir olması perspektivlərinin qarşısını almağa çalışan güclər həmin güclərdir ki, onlar parlament seçkilərində ya məğlub oldular, ya da cüzi uğur qazana bildilər – yəni hakimiyyətin dəyişikliyinə nail olmağı bacarmadılar”.
“Ərəb ölkələrinin, eləcə də bu günkü İranın təcrübəsi göstərir ki, oyundan kənar qalan xalqın, cəmiyyətin davranışları deyilməyəcək dərəcədə təhlükəli olur”
Siyasi şərhçi Artsruni Ermənistan iqtidarının siyasətini Afrika-Asiya siyasi mədəniyyətinə uyğun olduğunu yazaraq qeyd edib ki, bu cür siyasət dərin mənada və kifayət qədər təhlükəlidir. S.Artsruni ötən ilin aprelində keçirilən seçkiləri əsas gətirərək bildirib: “Bu gün hakimiyyətlə müxalifət arasında olan “konsensus” müxalifət liderlərinin həbslərindən, onların ofislərinə olan basqınlardan daha qorxuludur”. Bu baxımdan, Artsruni müxalifətin deyil, məhz xalqın, cəmiyyətin oyundan kənar vəziyyətdə qalması qənaətini ortaya qoyub.
S.Artsruni A.Vardanyanın bu məsələdəki fikirlərinin yanlışlığını ortaya qoyaraq yazır: “Digər tərəfdən, Aqvan Vardanyanın optimizmi ya azömürlüdür, ya da aldadıcıdır, çünki ərəb ölkələrinin, eləcə də bu günkü İranın təcrübəsi göstərir ki, oyundan kənar qalan xalqın, cəmiyyətin davranışları deyilməyəcək dərəcədə təhlükəli olur”.
“PPX alayının ələ keçirilməsi bir siqnal idi, ancaq göründüyü kimi, hakimiyyət nümayəndələri bundan bir nəticə hasil etməyərək, dərs çıxarmayıblar”
Artsruni buna misal kimi, Serj Sarkisyan iqtidarının cəmiyyətlə kompromisə getrməsi üçün xalqı dilənçi payı ilə aldatmasını, aşağılayaraq təhqir etməsini sərgiləyən faktlarını əsas gətirib və xalqın bundan sonra aldanmayacağı mümkünlüyünü də yazıb.“Cəmiyyətin alçaldılması, xüsusilə real müxalifətin olmaması vəziyyətində bu cür siyasətin yürüdülməsi heç bir konstitusiya müddəalarına cavab vermir”-deyə yazan şərhçi “Sasna-Srer” hadisələrini xatırladıb: “PPX alayının ələ keçirilməsi bir siqnal idi, ancaq göründüyü kimi, hakimiyyət nümayəndələri bundan bir nəticə hasil etməyərək, dərs çıxarmayıblar. Bənzər hadisələrdə xarici ölkələrin təcrübəsini xatırlatmaq da səmərəsizdir, çünki Hakimiyyəti yalnız o halda ayıla bilər ki, inqilab Ermənistanın qapısını döysün. Bu ərəfələrdə Donald Tramp deyib ki, İran xalqının azadlığa və çörəyə ehtiyacı var. Bu, bilavasitə Ermənistan xalqına da aid olan ifadələrdir”.Beləliklə, Ermənistan parlamentinin “Daşnaksyutun” fraksiyasının katibi Aqavan Vardanyanın ölkədə ciddi qarşıdurmaların baş verməsi ehtimallarına inanmaması ətrafındakı fikirlərinə qarşı tamamilə əks fikirlər yazan və bu fikirlərini real faktlarla əsaslandıran siyasi şərhçi və jurnalist S.Artsruni Ermənistanın inqilab ərəfəsində olması mümkünlüyünü əminliklə bildirib.

sia.az

Digər xəbərlər