Ermənistanı gözləyən aqibət - erməni politoloqunun göz ilə ANALİTİKA

Hayk Martirosyan: “Qan töküləcək...Ermənistanı və “Artsaxı” əbədi itirəcəyik”

Nikol Paşinyanın bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyanın istefa verib, növbədənkənar seçkilərə getməsi ilə bağlı bəyanatının ardınca, bir sıra erməni ekspertləri bunun nəticəsinin ağır hallara apara biləcəyini iddia etməyə başlayıblar. Belə ki, nəticədə “inqilabın” ciddi təhlükəyə məruz qalacağı, hətta qan töküləcəyi ilə bağlı fikirlər də önə sürülməkdədir.SİA xəbər verir ki, məsələ ilə bağlı armtimes.com-a müsahibə verən siyasət elmləri doktoru Hayk Martirosyannın sözlərinə görə, parlament çoxluğuna malik olan Respublika partiyasının qanunverici orqanda seçki qanunvericiyilində əlavə və dəyişikliklərin edilməsi ilə qəbul etdikləri qərar vəziyyətin daha da gərginləşməsinə səbəb olacaq.
“Bizim ciddi səhvimiz ondan ibarət oldu ki, bədheybətin başını zamanında kəsmədik”
Juranslistin respublikaçıların konkret nə isə planlaşdırıb-planlaşdırmadıqları sualını cavablandıran politoloq hesab edir ki, əgər keçmişin bir daha geri qayıtmayacağını düşünənlər, “inqilabın” (dırnaqlar bizimdir-red.) birdəfəlik qazandığını deyənlər varsa, onlar yanılırlar. “Biz, özümüz-özümüzü həşişlə aldadır və arzuladıqlarımızı gerçəklik kimi qəbul edirik”, deyə qeyd edən Martirosyana görə, politologiyanın əsaslarından biri də budur ki, demokratiya bir neçə dəfə diktaturaya və əks istiqamətə çevrilə bilər. O, belə hesab edir ki, “inqilab” baş verər-verməz, bədheybətin “başı dibindən kəsilməliydi”: “Bizim, demokratiyanın təsdiqi baxımından ciddi səhvimiz ondan ibarət oldu ki, bədheybətin başını zamanında kəsmədik və bununla sevgimizi, dözümlülüyümüzü nümayiş etdirdik. Cinayətkarları nə sevirlər, nə də onlara qarşı dözümlü yanaşırlar – cəzalandırırlar. Cəza məsələsində də biz dərin səhvə yol verdik. İndi isə həmin bədheybət qəsd etmək və revanş üçün geri dönüb. Sərxoş nəhəngləri yıxmaq asandır, nəinki qərarlı cırtdanları. Tam ümidvaram ki, könhə sistem öz sıfırlıq dəstəklərini bilə-bilə, hətta bundan narahat belə olmurlar”.
“Bundan sonra məsələ belə qoyulub – Ermənistanın mövcudluğu. Bəli, məsələ həqiqətən bu qədər ciddidir”
Beləliklə, erməni politoloqu “inqilabın” heç də tam qələbə qazanmadığını deyərək, qarşı tərəfin əksinqilab törətmək üçün ciddi hazırlıqlar apardığını iddia edib: “Onların planları bir neçə insana və bir neçə gizli, gözəgörünməyən ciddi güclərə söykənib və qarşı tərəf bu resursla tam şəkildə dövlət çevrilişi etməyə çatar. Onlar məhz buna doğru gedirlər və nə qədər ki, xalq düşərgəsində sülh, dözümlülük çağırışları səslənirsə, onlar planlarını reallaşdırılması istiqamətində özlərində daha çox inam duymağa başlayırlar. May günlərindən fərqli olaraq, onlar daha qorxmurlar və açıq şəkildə bu barədə bəyanatlar verirlər. Bundan sonra məsələ belə qoyulub – Ermənistanın mövcudluğu. Bəli, məsələ həqiqətən bu qədər ciddidir”.
“Hərbi vəziyyət elan ediləcək...seçkilər oliqarxın sarayında keçiriləcək”
Hayk Martirosyan Nikol Paşinyanın istefa verməsi və parlamentin buraxılması barədə fikirlərində “inqilabın” iflasa uğrayacağı bəyanatına əlavə əsaslar da gətirərək deyib ki, keçmiş sistem Paşinyanın bu qərarı verməsinə, bu addımı atmasına doğru itələyib və buna da ümid edirdilər. “Bu, onların planlarının tərkib hissəsi idi”, deyən erməni politoloqu həmçinin bildirib ki, ilk seçkilərdə onu seçməyə də bilərlər, ikinci gün isə hərbi əməliyyatlar (Burada Qarabağ nəzərdə tutulur – red.) başlaya bilər və nəticədə dərhal baş naziri seçəcəklər: “Əlbəttə ki, kimi seçəcəkləri məlumdur. Bundan sonra isə hərbi vəziyyət elan ediləcək. O cümlədən, həmin seçkiləri hər hansı bir oliqarxın sarayında da keçirə bilərlər. Bunun üçün parlamentin binasından istifadə etmək mütləq deyil”.
“Əks inqilabın ocağı “Artsaxdır”...”
Politoloq əks-inqilabın bilavasitə “Artsaxdan” idarə olunduğunu da bildirib və eyham vurub ki, hazırda Qarabağ klanının təbliğat mərkəzi də oradır: “...İstisna etmək olmaz ki, Painyanın anti-milli hakim olması, torpaqları verməsi ətrafındakı təbliğat əks-inqilab ocağı olan “Artsaxdan” idarə edilir. Hərbi-fövqəladə vəziyyət qanunları əsasında tankları gətirəcəklər və xalqı dağıdacaqlar, həmin prosesdə onlarla, hətta yüzlərlə insanı öldürəcəklər. İnanın ki, baş verənlər dünyada heç kimi narahat etməyəcək, kimsə qarışmayacaq. Ermənistanda sərt diktaturanın sübutu dünyanın siyasi xəritəsində yenilik olmayacaq. Əksinə, bu “inqilabın” iflası təbliğat və profilaktika nəzər nöqtəsindən bir sıra beynəlxalq güclərin əlinə oynayacaq. Ermənistanda da bunu anlamalıdırlar”.Maraqlıdır ki, Hayk Martirosyan bu cür teoretik ssenari əsasında “Artsaxın” yarısını və Ermənistan ərazisini itirəcəklərini də bildirib: “Nəticədə biz Ermənistanı da itirəcəyik. Əbədi və geri qaytarılmaması ilə. Xüsusilə vurğulayıb: mən hər şeyin bu cür başa çatacağını təsdiq etmirəm, lakin belə ssenarini nəzərə almamaq da olmaz...”
“İstənilən halda onlar öz seçimlərini Koçaryanın siyasi dirilməsində edəcəklər”
Politoloq köhnə sistemin namizədlərinin kimlər ola biləcəyi ehtimalına da toxunub və bildirib ki, onlar Robert Koçaryan, Qagik Sarukyan, hətta məşhur Arpine Ovannisyan və daha bir-iki şəxs də ola bilər. “Baxır, onlar hansı taktikanı seçiblər. Lakin düşünürəm ki, istənilən halda onlar öz seçimlərini Koçaryanın siyasi dirilməsində edəcəklər”.Jurnalistin Respublika partiyasının xalq kütləsi qarşısında bu addıma necə gedə biləcəyi sualını da cavablandıran erməni politoloqu fikirlərini bu cür əsaslandırıb: “İnsanlar tanklar qarşısında gücsüzdürlər. On ədəd tank və xüsusi təyinatlılar batalyonu ilə Yerevanda yüz minlərlə nümayişçini dağıtmaq olar. İnsanlar ölmək istəmirlər, əliyalın şəkildə toplara qarşı vuruşmaq isə mənasızdır. İnsanlar qələbə şansı əldə etmək üçün silahlı deyillər. Ümumiyyətlə, hər şeyin xalq tərəfindən həll olunmasına da arxalanmaq doğru deyil.Siz hesab edirsiniz ki, parlamentdə ağıldan kəmlər oturub və onlar xalq hiddəti dalğasının qalxmasını görmürlər? Belə olan vəziyyətdə nəyə görə Şarmazanov may ayında şantaj olunduqlarına görə hakimiyyəti təhvil verdiklərini bəyan edib? Demək ki, onlar artıq bu ssenariyə hazırdırlar və həmin “şantaja” (dırnaq erməni müəllifindir-red.) qarşı əks-ölçülərə malikdirlər. Nəzərə alın ki, onlar baş nazirlə memoranduma yazılı imza atmaqdan da imtina ediblər. Düşünürəm ki, baş nazir ölçü-biçisiz və haqq qazandırılmayan riskə gedir...”
“Paşinyan istefa verəcəksə, baş verə biləcək hər hadisəni xalqın üzərinə atacaq”
Beləliklə, Paşinyanın deyil, digər baş nazirin seçiləcəyi halda, “inqilabçı” nazirin reytinqinin dərhal sıfıra düşəcəyini də deyən politoloq bunu belə əsaslandırıb ki, əslində bu, onun “məxməri inqilabının” iflası, eləcə də siyasi məğlubiyyəti olacaq. Xalqın ona olan etimadı və inamı da itəcək.“Hətta xalq ayağa qalxıb onu müdafiə etməyə cəhd göstərərsə belə, qan töküləcək və mənim bir saniyə də olsa buna şübhəm yoxdur”, deyən erməni politoloqu sonda onu da bildirib ki, əgər Paşinyan istefa verəcəksə, baş verə biləcək hər hadisəni xalqın üzərinə atacaq.

sia.az