Köşə

  • 7 661

Nala-mıxa döyəcləyən qondarma siyasətçilər

image

Son günlər dağıdıcı müxalifət düşərgəsinə diqqət yetirsək, özlərini "müxalifətçi" hesab edənlərin müxalifətçilik prinsipindən uzaq olduqlarını görmək olar. Bu bədbəxtlər elə zənn edirlər ki, hakimiyyətə qarşı böhtan atmaq, ağa-qara demək, satqınçılıq etmək müxalifətçi olmaqdır. Bu məkan, bütövlükdə "devalvasiya"ya uğrayıb. Bu müxalifət qiymətdən düşən pullar kimi ayaqlar altına səpələniblər. Siyasətlə məşğul olanları isə həddindən artıq çoxdur, ancaq onlar arasında siyasətin özü yoxdur. Özlərini siyasətçi adlandıran bu adamların hansı siyasətlə məşğul olduqları da cavabsız sualdır. Məsələn, söz düşəndə, deyirlər ki, filankəs siyasətçidir, filan partiyanın sədridir və ya funksioneridir. Ancaq bu adamların siyasətlərinin nədən ibarət olduğunu, siyasət adına nə etdiklərini müşahidə etmək mümkün olmur.

İki üzlü müxalifətin ikili "standartı"

Bu siyasi böhran daha çox müxalifət düşərgəsində hiss olunur. Bu düşərgədə bir-birinə səmimi olan iki siyasətçi belə tapmaq mümkün deyil. Çünki ikiüzlülərin ikili "standart"ları buna imkan vermir. Belə ki, bir-birinə nifrət edən, düşmənçilik münasibətində olan müxalif "siyasətçilər" kifayət qədərdir. Hətta onlarla "siyasətçi"nin adlarını sadalamaq olar ki, bir-birlərinə salam verərkən, qarşı tərəfə münasibətdə beyinlərindən bir neçə mərtəbə söyüş keçirməkdən özlərini saxlaya bilmədikləri qətiyyən şübhə doğurmur.
Təbii ki, belə neqativ münasibətlər sistemiylə yüklənmiş siyasi düşərgə uğur qazana bilməz. Ən pisi də odur ki, müxalif siyasi düşərgə indiki fəaliyyətsizlik keyfiyyəti ilə artıq ölkənin gələcəyi üçün kifayət qədər ciddi problemə çevrilməyə başlayıb. Onların xarici qüvvələrə işləmələri, qrant üçün didişib-savaşmaları buna sübut ola bilər.
Artıq müxalifətin olmaması bir həqiqətdir və bu reallığın etiraf edilməsinin vaxtı da çoxdan çatıb. Hətta etiraf edilməsə belə heç nə dəyişməyəcək. Siyasət müxalifət düşərgəsini çoxdan tərk edib. Ona görə də, bu düşərgədə təmsil olunanlar qondarma siyasətçilərin nala-mıxa döyəcləmələri də dəyirman daşının çaqqıltısından heç nəyi ilə fərqlənmir...

Digər xəbərlər