Bayraq altından çirkab yeridən "maski şou"lar

Demokratiyabazların ABŞ-dakı növbəti şoularına, məhz bu adı vermək qərarına gəldim - "maski şou". Ancaq bir çoxlarının hələ də xatirələrində saxladıqları və ləzzətlə izlədikləri "maski şou"nun demokratiya nökərlərinin eyniadlı şoularına heç bir dəxli-zadı yoxdur. Bunların çıxardıqları oyunlar daha çox ucuz təlxəklik təsiri bağışlayır. Yəni biri var saman altından su yeridəsən, biri də var...

Yəqin ki, bir çoxları mövzunun nədən bəhs etməsindən xəbərdardırlar. Söhbət Amerikadakı Azərbaycan səfirliyi qarşısında çiyinlərinə Azərbaycan bayrağını ataraq, üzlərinə maska taxıb, ölkəmizin atributlarını təhqir edən demokratiya nökərlərindən yaxud, polyaçilərindən gedir.
Əslində, hər zaman açıq və kişiyəyaraşar şəkildə siyasi mübarizə aparmaq marağından qat-qat uzaq olan siyasi polyaçilərin dövlət bayrağımızı çiyinlərinə atıb, səfirliyimiz qarşısında təlxəklik etmələrinə digər adı da vermək olar - özlərini pula satan ucuz və siyasi fahişələr. Buna səbəb var. Səbəbi isə budur ki, demokratiyabazların ölkəmizin ABŞ-dakı səfrilyi qarşısında göstərdikləri sirk tamaşası vaxtı erməni separatçılarının rəhbəri Bako Saakyan Amerika Konqresində ermənipərəst konqresmenlərlə stəkan-stəkana viski çaqqıldadırdı! Bax, onda bir çoxlarının içi, mən qarışıq, dalağı sancdı ki, ayə, bəs bu maskalı polyaçilər nəyə görə Ermənistanın ABŞ-dakı səfirliyi qarşısında etiraz piketi deyil, tamamilə əksinə olaraq, Azərbaycan səfirliyi qarşısında ölkəmiz, dövlətimiz əleyhinə şou göstərirlər?! Yazıq dalaq da sancmasın, bəs neyləsin axı? Ancaq o da sirr deyil ki, bu məsələnin arxasında yenə də erməni pulunun dayanması şübhəsizdir. Hərgah belə olmasa idi, bu qədər açıq şəkildə dövlət maraqları əleyhinə piket keçirilməzdi. İndi bəziləri durub deyəcəklər ki, bu, bir təsadüf idi-filan...Əmbə bu, qətiyyən təsadüf-zad deyildi, açıq-aşkar dövlətimiz əleyhinə erməni pulu hesabına düzənlənmiş həyasız bir aksiya idi. Atalar demişkən, ayının yüz oyunu bir armudun - bu dəfə erməni pulunun başındadı. Əks-təqdirdə, demokratiyabaz şoumenlər niyə, nəyə görə və hansı səbəbdən, üzlərinə maska taxsınlar ki..?! Bu sualın cavabı bəsitdir, Bakonun ABŞ Konqresində viski vurduğu zaman bunların ölkə əleyhinə apardıqları çirkin oyunbazlıqları vaxtı kimsə üzlərini görməsin. Yəni qısası, bu gəda-güda yığınının özləri də yaxşı bilirlər ki, nə qədər çirkablı və iyrənc qoxulu bir bataqlıq içində çabalayırlar. Sadəcə, erməni pulu onlara bütün maraqlardan, hətta şərəf və ləyaqətdən də şirin gəlir və digər bir məsələ bu satqınçılıq oyununun Əli Kərimli adlı baş satqının idarəçiliyində olan sosial şəbəkə səhifələrində ard-arda paylaşılmasıdır! Sizcə, bütün bunlar üst-üstə düşən maraqların bariz göstəricisi deyilmi, dostlar?
Hə, bu arada elə də uzağa getməyərək, müxalifətçi mövqeyindən çıxış edən "realçı" Erkin Qədirlinin ABŞ-dakı utancverici hadisəyə mövqeyinə də rast gəlldim və onun müxalifətçi olmasına rəğmən, həmin fikrinə müsbət yanaşdım. Qədirli sosial şəbəkədəki statusunda yazıb ki, yerin, ortamın, zamanın, mövzunun, təqdimatın və s. seçimi və uyğunluğu çox önəmlidir. "Bako Saakyanın Vaşinqtonda olduğu bir gündə, gəlişinin məqsədi bilindiyi bir ortamda, Ermənistan səfirliyinin və ya Konqresin, ya da hər ikisinin önündə üzüaçıq etiraz yerinə, elə həmin günü Azərbaycan səfirliyinin önündə üzübağlı etiraz etməyin yeri deyildi"- müxalifətçi hərəkat üzvü yazıb. Düz sözə nə deyəsən, axı? Müxalifətçi mövqeyindən çıxış etmək o demək deyil ki, dövlət-millət maraqlarını ayaq altına atıb, istədiyin qədər tapdayasan, üstəlik, bu işini çiyninə Azərbaycanın dövlət bayrağını salaraq edəsən, üstəlik, maskalanmaqla.
Beləliklə, hər şey açıq və bəllidir - seçkilər gününə qədər bizlər bənzər ifşaları hələ çox edəcəyik. Ancaq zaman, vaxt keçəcək, dövran gələcək ki, bu kimi "maski şou" həvəskarları olan demokratiyabazlar belə əməllərinə görə cavab verməli olacaqlar, mütləq!