Mədəniyyət

  • 5 739

“YARAT” emalatxanalarında seminarlar təşkil edilib

image

"YARAT" Müasir İncəsənət Mərkəzi emalatxanalarını ziyarətçilərin üzünə açıb. SİA-nın məlumatına görə, burada çalışan yerli və beynəlxalq səviyyəli rəssamlar əsərlərini təqdim etməklə yanaşı, biliklərini bölüşüblər. Ziyarətçilər dizayn, qrafika, fotoqrafiya, elektron musiqi və arxitektura daxil olmaqla, müxtəlif daşıyıcılarda təqdim edilən əsərlərdən ilhamlanıblar.Öz yollarını peşəkar incəsənət dünyasında axtaran gənc istedadları dəstəkləmək üçün, "ARTIM LAB" layihəsi haqqında müzakirələrlə yanaşı, əlavə məlumatlar, həmçinin rəssamların incəsənət proqramlarında uğurlu əsərlərin nümunələri təqdim olunub.Tədbir çərçivəsində Nika Kvataladzenin (Gürcüstan) "Post sovet məkanında memarlıq", Maykl Hirşbixlerin (Avstriya) "Portfolio və incəsənət nəşri", Fərhad Fərzəliyevin "Elektron musiqi", Aqil Tahirlinin "Fotoqrafiya", Etibar İsmayılovun "Küləklə sovrulanlar", Şahnaz Ağayevanın "Qrafika" mövzularında seminarlar, eyni zamanda rəsm dərsləri, görüşlər və müzakirələr keçirilib.

sia.az

Digər xəbərlər