Beynəlxalq Aşıq Festivalı öz işinə başlayır

Bu gün İran İslam Respublikasının paytaxtı Tehranda “Aşıq Qərib” adına Beynəlxalq Aşıq Festivalı öz işinə başlayacaq. SİA-nın xəbərinə görə, iki gün davam edəcək festivalda ölkəmizi Xırdalan şəhər onbirillik musiqi məktəbinin saz ixtisası üzrə müəllimi Elxan Cəlilov təmsil edəcək. İran Aşıqlar Birliyinin təşkilatçılığı ilə reallaşacaq festivala ölkəmizlə yanaşı, İran, Türkiyə və Gürcüstandan olan saz ifaçıları qatılacaq.

sia.az