Mədəniyyət

  • 6 675

Milli İncəsənət Muzeyi üçün uğurlu il - 2017

image

2017-ci il Azərbaycan Milli İncəsənət Muzeyi üçün çox məhsuldar olub.Muzeydən SİA-ya bildirilib ki, ilboyu çoxsaylı sərgilər, tədbirlər, konfranslar, ustad dərsləri, maarifləndirici mühazirələr, təlimlər keçirilib.Yanvarın 27-də Milli İncəsənət Muzeyinin 80 illik yubileyi çərçivəsində gənc rəssamların sənət əsərlərindən ibarət "Reinkarnasiya" adlı sərgi baş tutub.Fevralın 18-də Milli İncəsənət Muzeyi multikulturalizm ideyalarının dəstəyi və inkişafına həsr edilmiş "Muzeylər mədəniyyətlər arasında körpüdür" adlı tədbir proqramını təqdim edib. Həmin gün Muzeydə Rusiya regionlarında populyar olan və geniş qeyd edilən "Maslenitsa" bayramı ab-havası yaşanıb.Həmçinin martın 10-dan 12-dək Milli İncəsənət Muzeyində Əsli Səmədovanın müəllifi olduğu "Milli irsimiz" layihəsi üzrə növbəti ailə festivalı keçirilib. Festival çərçivəsində Muzeyin daimi sərgisi - "Azərbaycan incəsənəti minilliklər boyu" üzərində qurulmuş və Nyu-York Müasir İncəsənət Muzeyinin əməkdaşlarının dəstəyi ilə yaradılan "Rəsmə çevril", "Xatırlayıram-xatırlamıram", "Ov-foto", "Fərqi tap" kimi oyunlar keçirilib və ustad dərsləri təşkil olunub. Martın 18-də Milli İncəsənət Muzeyində Novruz bayramı münasibətilə xeyriyyə məqsədli bayram şənliyi keçirilib.Azərbaycan Milli İncəsənət Muzeyi Beynəlxalq Uşaq Kitab Günü və Ümumdünya Kitab və Müəllif Hüququ Gününə həsr olunan beynəlxalq proqram və aksiyalara qoşularaq aprel ayını "Maarifləndirmə ayı" elan edib. Aprelin 14-də Muzeydə Xalq Rəssamı Altay Hacıyevin yubileyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisinin açılışı olub.Mayın 19-da Milli İncəsənət Muzeyinin 80 illik yubileyi çərçivəsində "Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından" sərgisinin bağlanış mərasimi keçirilib. Sərgidə əsərləri dünyanın ən yaxşı muzeylərini bəzəyən tanınmış rəssamlar Jül Düpre, Jan Onore Fraqonar, Paskal Adolf Danyan Buvre, Benjamin Konstant, heykəltəraşlar Moro Lui, Jan Antuan Qudon və digər görkəmli sənətkarların tabloları nümayiş etdirilib. Mayın 23-də isə Muzeydə Azərbaycanın Xalq Rəssamı Davud Kazımovun anadan olmasının 90 illiyi ilə bağlı yubiley sərgisi təşkil olunub.İyulun 22-də isə Milli İncəsənət Muzeyində "Belle Epoque" - möhtəşəm dövrün möcüzəvi dünyasını əks etdirən "Fransız tətilləri" proqramı təqdim edilib.Sentyabrın 26-dan 30-dək Muzeydə Azərbaycanın Xalq Rəssamı Asəf Cəfərovun 90 illik yubiley sərgisi baş tutub. Oktyabrın 11-də tanınmış rəssam, heykəltəraş və ictimai xadim Müslüm Eldarovun yaradıcılıq sərgisi, eyni zamanda, görkəmli sənətkarın həyatına həsr edilmiş "Müslüm Eldarov" monoqrafik kitabının təqdimatı keçirilib.Oktyabrın 18-də V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumu çərçivəsində Milli İncəsənət Muzeyində "İpək xəzinələri: XVI-XVIII əsrlərdə Azərbaycan tikmələri" adlı xüsusi sərgi açılıb. Sərgidə Milli İncəsənət Muzeyinin fondunda saxlanan nadir bədii incilər, Londonun Viktoriya və Albert Muzeyi, Berlinin İslam İncəsənət Muzeyi, Avropa və Azərbaycanda şəxsi kolleksiyalarda saxlanılan, XVI-XVIII əsrlərə məxsus Azərbaycan bədii nümunələri təqdim edilib.Noyabrın 8-də Milli İncəsənət Muzeyində 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib. Dekabrın 15-də isə valideyn himayəsindən mərhum olmuş uşaqlar üçün "Symmetria" Sağlamlıq Mərkəzinin dəstəyi ilə tədbir keçirilib. Həmçinin "Symmetria" Sağlamlıq Mərkəzinin dəstəyi ilə dekabrın 17-də Muzeydə "Açıq qapı" günü elan edilib. Dekabrın 23-24-də uşaqlar üçün "Yeni ilin sehri" adlı xüsusi tədbir proqramı təqdim edilib, ustad dərsləri keçirilib.2017-ci il Azərbaycan Milli İncəsənət Muzeyini 48731 nəfər ziyarət edib. Onlardan 2846 nəfəri xarici vətəndaş olub.

sia.az

Digər xəbərlər